Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Tez əsəbiləşməmək üçün nələr etməliyik?

    9 hours ago

    1

    0

    "Əsəbiləşmək hər kəsin zaman-zaman yaşadığı bir hissdir, amma bəzən bu duyğu çox güclü ola, gündəlik həyatımıza və münasibətlərimizə təsir edə bilər".  Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib.  O bildirib ki, bəzən insanlar hisslərini idarə etməkdə çətinlik çəkir və bu da uzun müddət qəzəbli qalmağa səbəb olur: "Lakin bu vəziyyəti daha yaxşı idarə etmək üçün müxtəlif psixoloji üsullar var. Birinci üsul nəfəs texnikalarıdır. Nəfəs almaq beynimizə və bədənimizə rahatlama siqnalı göndərir. Bu da qəzəbimizi idarə etməyə kömək edir. Məsələn, 4 saniyə nəfəs alın, 4 saniyə saxlayın, sonra 4 saniyə boyunca nəfəsinizi buraxın. Bu sadə texnika əsəbi vəziyyətlərdə bədənimizi sakitləşdirə bilər". Ekspert qeyd edib ki, ikinci üsul isə düşüncələrimizi idarə etməkdir: "Əsəbiləşdikdə çox vaxt beynimizdə mənfi fikirlər yaranır. Bu düşüncələrin fərqinə varıb, onların yerinə daha müsbət və real yanaşmalar qoymaq çox önəmlidir. Məsələn, əsəbləşdiyiniz bir vəziyyətdə "Bu vəziyyəti necə həll edə bilərəm?" və ya "Nə baş verirsə versin, mən özümü nəzarət altında saxlaya bilərəm" kimi suallar və təlqinlər vəziyyəti sakitləşdirməyə kömək edəcək". Ülviyyə İlqar vurğulayıb ki, fiziki fəaliyyətlər də əsəbləri sakitləşdirməkdə faydalıdır: "Fiziki hərəkət edərkən bədənimizdə stress hormonları azalır və yaxşı hiss etməyə başlayırıq. Qısa bir gəzinti, yüngül bir idman və ya sadə bir uzanma hərəkətləri belə əsəblərinizi sakitləşdirə bilər. Qəzəbli halda başqalarına qarşı sərt davranmaq çox asan olsa da, bu, həm bizim, həm də başqalarının həyatını çətinləşdirə bilər.  Əsəbiləşəndə əvvəlcə öz hisslərimizi anlamalıyıq və sonra daha konstruktiv şəkildə reaksiya verməyə çalışmalıyıq. Bu, həm özümüzü qorumağa, həm də münasibətlərimizi sağlam saxlamağa kömək edəcək". Pərviz
    Click here to Read more
    Prev Article
    Azərbaycan və İran prezidentlərinin geniş tərkibdə görüşü keçirilir - YENİLƏNİB
    Next Article
    Mütəllim Rəhimli Ədalət Partiyasından xaric edildi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment