Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Təyyarə qəzası zamanı qazax və Azərbaycan xalqlarının birliyi daha geniş üzə çıxdı

    3 days ago

    2

    0

    Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan Xalq Assambleyasının qurultayında bildirib. Qazaxıstan lideri ötən il dekabrın 25-də Aktau şəhəri yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğraması zamanı Azərbaycan və qazax xalqlarının birliyinin daha geniş üzə çıxdığını qeyd edib: "Xalqımızın ən yaxşı keyfiyyətləri çətin anlarda daha aydın üzə çıxır. Bunu ötən il Aktau yaxınlığında baş verən təyyarə qəzası zamanı bir daha gördük. Vətəndaşlarımız zərərçəkənlərə yardım etmək üçün səfərbər oldular. İnsanlar qan vermək üçün növbəyə durdular. Azərbaycanın səfirliyi qarşısına güllər qoydular. Bütün dünya xalqımızın həmrəyliyinə və fədakarlığına heyran oldu. Bu anlarda həmvətənlərimizin geniş qəlbi, açıqlığı və mərhəməti bir daha özünü göstərdi. Rəhm, mərhəmət və xoşniyyətlilik – bunlar bizim milli xarakterimizin xüsusiyyətləridir. Biz bu dəyərləri qoruyub saxlamalı və onları böyüyən nəslə ötürməliyik”.
    Click here to Read more
    Prev Article
    Səbinə Ağayevanın “Vacib sual”ına Hesablama Palatasının sədri Vüqar Gülməmmədov cavab verir - VİDEO
    Next Article
    Gürzə ilanlarının zəhəri təkamülün sirrlərini açdı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment