Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Texnologiya nəhəngləri ekranaltı kameralardan imtina edir?

    1 week ago

    3

    0

    "Apple" və "Samsung" kimi aparıcı texnologiya şirkətləri ekranaltı kamera texnologiyasını tətbiq etməkdə çətinliklərlə üzləşir. Bu çətinliklər, sözügedən texnologiyanın gələcəyi ilə bağlı suallar doğurur və onun geniş miqyasda mənimsənilməsini ləngidə bilər. Valyuta.az xəbər verir ki, "Samsung", Galaxy Z Fold 3 və sonrakı qatlanan modellərdə ekranaltı kamera (UDC) texnologiyasını sınamışdı. Lakin artıq bu texnologiya əvvəlki qədər maraq doğurmur.  “Nubia” kimi bəzi markalar "Red Magic 10 Pro" modeli ilə bu sahədə irəliləyişlər əldə etməyə çalışsa da, "Samsung" və "Apple" gələcək cihazlarında bu texnologiyadan vaz keçə bilər. Cənubi Koreyanın "Naver" platformasında yeux1122 istifadəçi adı ilə tanınan mənbənin verdiyi məlumata görə, "Samsung" “xərclərin optimallaşdırılması və digər texniki məsələlərin hələ də həll olunmaması” səbəbilə gələcək qatlanan cihazlarında ekranaltı kameralardan istifadə etməyə bilər. Başqa sözlə, şirkətin gələn il təqdim etməyi planlaşdırdığı yeni qatlanan modellərində bu texnologiyaya yer verilməyə bilər. Bu iddialar, "Samsung"un ötən il təqdim etdiyi "Galaxy Z Fold 6 Special Edition" modelində də təsdiqini tapır. Belə ki, bu xüsusi buraxılışda ön kamera üçün ekranaltı texnologiya deyil, klassik deşikli ekran dizaynı seçilmişdi. Bu da şirkətin texnologiyaya olan marağının azaldığını göstərir. "Apple" isə 2027 və ya 2028-ci illərdə ekranaltı kameralı qatlanan bir "iPad" təqdim etməyi planlaşdırır. Lakin hazırda bu texnologiyanı tətbiq etməklə bağlı ehtiyatlı mövqe sərgiləyir. "Apple" və "Samsung" bu texnologiyanın inkişafında texniki və iqtisadi çətinliklərlə qarşılaşdıqları üçün, onu geniş istehsala uyğunlaşdırmaqda tərəddüdlü davranırlar. Eyni zamanda, yüksək istehsal xərcləri də bu texnologiyanın yayılmasının qarşısını alan əsas amillərdəndir. Bu tendensiya, texnologiya sektorunda yeni kamera yanaşmalarına ehtiyac duyulduğunu və istifadəçi təcrübəsini pozmadan daha praktik həllərin axtarıldığını göstərir. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    PlayStation Plus Fiyatlarına Dev Zam Geliyor! İşte Yeni Fiyatlar
    Next Article
    Fərhad Əhmədovun lüks avtomobillərinə həbs qoyuldu - SİYAHI

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment