Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Təsərrüfatlara zərər dəyməsi barədə Aqrar Sığorta Fonduna 76 müraciət daxil olub

    1 week ago

    3

    0

    Finss.az - Ötən həftə respublika ərazisində hava şəraitinin kəskin pisləşməsi nəticəsində bir sıra rayonlarda güclü yağış, sel, subasma, güclü külək, qasırğa, fırtına, temperaturun kəskin aşağı düşməsi və dolu yağması halları qeydə alınıb. Baş verən təbii hadisələr nəticəsində bəzi rayonlarda meyvə bağlarına və əkin sahələrinə ziyan dəyib. Zərər çəkmiş fermerlər dəymiş ziyanın hesablanması və ödənilməsi üçün Aqrar Sığorta Fondunun 1651 nömrəli Çağrı Mərkəzinə müraciət ediblər. 14–20 aprel tarixlərində Fonda ümumilikdə 15 rayon üzrə 76 müraciət daxil olub. Müraciət edən fermerlər əsasən Xaçmaz, Bərdə, Ağsu, Quba, Şamaxı, Şabran, Qusar, Ağdaş, Neftçala və digər rayonların sakinləridir. Daxil olan müraciətlərin 36-sı sel-subasma, 40-ı isə fırtına və qasırğanın təsərrüfatlara vurduğu zərərlə bağlıdır. Aqrar Sığorta Fondundan bildirilib ki, qeyd edilən sığorta hadisələri ilə bağlı əkin sahələrini və təsərrüfatlarını sığortalatmış fermer və sahibkarların müraciətləri qeydə alınır və müstəqil aqrar sığorta ekspertlərinin iştirakı ilə araşdırılır. Hazırda ekspertlər hadisə baş verən ərazilərə baxış keçirir, baş vermiş hadisələri və onların nəticələrini qeydə alır, ilkin qiymətləndirmə aparırlar. Araşdırmalar yekunlaşdıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta ödənişləri həyata keçiriləcək. Aqrar Sığorta Fondu bir daha təsərrüfatlarını sığortalatmış fermerləri öz sahələrinə diqqətlə baxış keçirməyə və baş verən hadisələrlə bağlı operativ şəkildə Fonda müraciət etməyə çağırır. Eyni zamanda Fond indiyədək dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən istifadə etməmiş fermerləri öz təsərrüfatlarını sığortalamağa dəvət edir. Əlaqə: Aqrar Sığorta Fondu Çağrı Mərkəzi: 1651 E-poçt: [email protected] Veb sayt: www.asf.gov.az   Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    “bir sıra xidmətlər”in satın alınması - TENDER
    Next Article
    Yelo Bank neyromüxtəlifliyi olan gənclərin məşğulluğuna dəstək məqsədilə tədbir keçirib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment