Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Tənqidlər nəticə verir: Giza piramidaları 51 milyon dollara təmir olunacaq

    39 minutes ago

    1

    0

    4500 illik tarixə malik Giza piramidaları uzun illərdir ki, turistlər tərəfindən UNESCO-nun Ümumdünya İrsi Siyahısında yer alan bu kompleksin vəziyyətinə görə kəskin tənqid olunurdu. Turistlər xüsusilə heyvanlara qarşı qəddarlıq, idarəetmədə nizamsızlıq, israrlı satıcılar və həddən artıq izdihamdan narazılıqlarını bildirirdilər.  Valyuta.az "Daily Express"ə istinadən xəbər verir ki, Misirin ən tanınmış tarixi abidələrindən biri olan Giza piramidaları təqribən 51 milyon dollar məbləğində vəsaitlə bərpa olunacaq. rəsmi qurumlar bildiriblər ki, layihəni "Orascom Pyramids Entertainment Services" şirkəti həyata keçirəcək. Bərpa prosesi çərçivəsində bir neçə məzar otağının yenilənməsi, onlayn bilet sisteminin tətbiqi və ziyarətçilər üçün mərkəzin modernləşdirilməsi planlaşdırılır. Hazırda şirkət artıq müəyyən dəyişikliklərə başlayıb. Belə ki, kompleks ərazisindən şəxsi avtomobillər və tur avtobusları tamamilə yığışdırılıb. Artıq turistlər əraziyə yalnız Fayum şossesi tərəfindən hər beş dəqiqədən bir hərəkət edəcək 45 xüsusi elektrik avtobusu ilə daxil ola biləcəklər. Əvvəllər istifadə olunan "Marriott Mena House" mehmanxanasının yaxınlığındakı giriş isə bağlanıb. Bundan əlavə, "People for the Ethical Treatment of Animals" (PETA) təşkilatının apardığı son araşdırma, bu ərazidə heyvanlara qarşı mütəmadi olaraq qəddarlıq hallarının baş verdiyini üzə çıxarıb. PETA-nın vitse-prezidenti Ceyson Beyker bildirib: "PETA piramidalar yaxınlığında at və dəvələrin mütəmadi olaraq döyüldüyünü, təpikləndiyini, qamçılanaraq aclıqdan əzab çəkdiyini sənədləşdirib. Bu heyvanlar ölümə qədər işlədilir və sonra zibil kimi çölə atılır. Giza piramidaları Misirin gözəlliyini və tarixi simvolizə etməlidir, amma bu vəziyyət heyvanlara qarşı qeyri-insani münasibətin simvoluna çevrilib. Misir hökuməti əziyyət çəkən bu heyvanları Giza ərazisindən kənarlaşdırmaq üçün tədbir görməlidir". Mənbə: Qaynarinfo.Az
    Click here to Read more
    Prev Article
    "Məzun günü"nə hazırlıq: Geyimlər, çəkilişlər, xərclər
    Next Article
    "Ugur Sement"in 70 minlik borcu var

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment