Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Temu" zəifləyir, reytinqlərdə geriləyir... - Ucuz alış-veriş dövrü bitirmi?

    1 week ago

    4

    0

    Çinin onlayn pərakəndə nəhəngi "Temu" ABŞ-ın prezidenti Donald Trampın Çin məhsullarına qarşı tətbiq etdiyi yeni gömrük tariflərindən sonra bu ölkədəki reklam xərclərini əhəmiyyətli dərəcədə azaldıb və "App Store" reytinqlərində geriləyib. Valyuta.az xəbər verir ki, "Milyarder kimi alış-veriş et" şüarı ilə 2023-cü ildə keçirilən "Super Bowl"a qədər uzanan təcavüzkar reklam kampaniyası ilə yadda qalan "Temu" son illərdə ucuz məhsullarla ABŞ bazarına sürətli daxil olmuşdu. Şirkət "Facebook" və televiziya reklamlarına böyük məbləğlər sərf edərək geyim, bəzək əşyaları, məişət malları və elektronika kimi məhsulları cəlbedici qiymətlərlə təqdim etmişdi. Reklamlar yoxa çıxır Bu strategiya o qədər təsirli olmuşdu ki, "Temu" son iki il ərzində "Apple"ın ABŞ-da ən çox yüklənən pulsuz tətbiqlər siyahısının zirvəsində qərarlaşmışdı. Lakin rəqəmsal analiz şirkəti "SimilarWeb"in məlumatlarına görə, son günlərdə "Temu"nun "App Store"dan yüklənmə faizi 62 faiz azalıb. Bir vaxtlar "Google" axtarış nəticələrini və "Facebook" lentlərini bürüyən 50 sentlik qaş ülgücü və 5 dollarlıq köynək reklamları demək olar ki, görünməz olub. 145 faizlik gömrük rüsumu tətbiq olunacaq Trampın gömrük tarifləri təkcə "Temu"nun reklam strategiyasını deyil, ümumilikdə biznes modelini alt-üst edib. Artıq Çin mənşəli bağlamalar 145 faizlik gömrük vergisinə məruz qalacaq. Həmçinin, dəyəri 800 ABŞ dollarından az olan malların gömrüksüz ölkəyə daxil olmasına imkan verən de minimis qaydası 2 may 2025-ci il tarixindən ləğv ediləcək. Qiymətlər artırıla bilər "Temu" və "Shein" kimi sürətli moda markaları gömrük tariflərinə cavab olaraq qiymətləri artırmağı planlaşdırır. Hər iki şirkət öz saytlarında qiymət artımı ilə bağlı xəbərdarlıq edən bildirişlər yerləşdirib. "Temu" saytında yayılan açıqlamada deyilir: "Qlobal ticarət qaydaları və gömrük tariflərindəki son dəyişikliklər səbəbilə əməliyyat xərclərimiz artıb. Sevdiyiniz məhsulları keyfiyyətdən ödün vermədən təqdim etməyə davam etmək üçün 25 aprel 2025-ci il tarixindən etibarən qiymət tənzimləmələri edəcəyik". Çin məhsulları satan "Amazon"un üçüncü tərəf satıcıları da tariflərin gətirdiyi əlavə xərcləri qiymətlərə əks etdirməyi nəzərdən keçirdiklərini bildiriblər. "TikTok Shop" platformasında fəaliyyət göstərən bir çox satıcı da məhsullarını Çin istehsalçılarından alır. Qeyd edək ki, "Amazon" 2023-cü ilin noyabrında "Temu"ya rəqib olaraq, əsasən Çin mənşəli və 20 dollardan ucuz məhsulları əhatə edən "Amazon Haul" tətbiqini istifadəyə verib. Reytinqlərdə gerilədilər "Sensor Tower"ın məlumatına əsasən, "Temu" tətbiqi ABŞ-da uzun müddət pulsuz tətbiqlər siyahısında ilk onluqda yer alsa da, hazırda 69-cu pilləyə enib. "Shein" isə ötən ay 15-ci yerdə olduğu halda hazırda 42-ci sıradadır. Şirkətin sahibi "PDD Holdings"in ABŞ-da birjada satılan səhmləri bu ay "Nasdaq" indeksinin 6 faizlik ümumi düşüşü fonunda 22 faiz dəyər itirib. "Shein" isə özəl şirkət olaraq fəaliyyət göstərir. Digər Çin pərakəndəçiləri, məsələn, Pekində yerləşən topdan satış platforması "DHgate" və "Alibaba"ya məxsus "Taobao", ABŞ-da ən çox yüklənən tətbiqlər sırasına yüksəlib. "Bloomberg"in məlumatına görə, bu uğurun arxasında ucuz məhsulları tanıdan viral videoların yaratdığı yükləmə çılğınlığı dayanır. "SimilarWeb"in apardığı ayrı bir analiz göstərir ki, 11 apreldən etibarən "Temu"nun pullu trafiki – yəni reklamlar vasitəsilə sayta yönələn ziyarətlər – 77 faiz azalıb. Reklam firması "Tinuiti" 5 aprel tarixində "Temu"nun "Google Shopping" reklamlarının ABŞ-da bütün görüntülənmələrin 20 faizini təşkil etdiyini müəyyən etmişdi. Yalnız bir həftə sonra bu göstərici sıfıra enmişdi. Müqayisə üçün, "Shein"in payı 12 apreldə 17 faiz təşkil edib, görüntülənmələrin 60 faizi isə "Amazon" tərəfindən alınıb. "Temu" və "Shein" rəsmiləri şərh tələblərinə cavab verməyib. "Temu" əvvəllər "Meta"nın ən böyük reklam verənlərindən biri idi, lakin görünən odur ki, platformada reklam xərclərini ciddi şəkildə azaldıb. "Meta"nın reklam kitabxanasında aparılan araşdırmaya görə, 17 aprel 2025-ci il tarixinə "Temu" ABŞ-da yalnız 6 reklam yayımlayır. Bununla belə, şirkət "Meta"ya məxsus sayt və tətbiqlərdə, xüsusilə Avropa və Böyük Britaniyada ümumilikdə 27 minə yaxın reklam yerləşdirir. Bu vəziyyət "Meta"nın reklam gəlirləri üçün təhlükə yarada bilər. "Madison and Wall" şirkətindən reklam analitiki Brayan Vizerin hesablamalarına görə, "Meta" 2023-cü ildə əldə etdiyi 132 milyard dollarlıq reklam gəlirinin 7 milyard dollardan çoxunu Çindən əldə edib. Şirkət 2025-ci ilin ilk rüb nəticələrini 30 apreldə açıqlamağı planlaşdırır. E-ticarət analitiki Yuozas Kaziyukenasa görə, "Temu" müəyyən müddətdən sonra ABŞ-da yenidən reklamlarına start verəcək, lakin hal-hazırda vəsaitlərini digər bazarlara yönəltməyə çalışır. Kaziyukenas e-poçt vasitəsilə bildirib: “Bu, "Temu" istifadəçilərinin sayının tətbiq daxilində ciddi şəkildə azaldığı anlamına gəlmir. Amma yeni istifadəçi axınının dayandığı mənasına gəlir”. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    iPhone’un Yapay Zekâ Özellikleri Apple Intelligence’ın Facebook, Instagram ve WhatsApp’ta Kullanılması Yasaklandı: Peki Neden?
    Next Article
    “ABB”nin vaxtı keçmiş kreditləri 300 milyon manatı ötüb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment