Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Tehranın 180 dərəcəlik mövqe dəyişikliyinə heyrət etməmək olmur

    3 days ago

    3

    0

    uzun illər İranla çox gərgin münasibətlər yaşayan, yalnız son dönəmdə Çinin vasitəçiliyi sayəsində əlaqələri nisbətən normal məcraya düşən Səudiyyə Ərəbistanının Müdafiə naziri Xalid bin Salman çoxları üçün gözlənilməz bir şəkildə İran paytaxtına gəldi. Tehranda böyük hörmət və təmtəraqla qarşılanan Xalid bin Salman İran Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Məhəmməd Bağeri, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan, ölkə prezidenti Məsud Pezeşkiyan və İranın ali rəhbəri Ayətullah Əli Xameneyi ilə görüşdü, o cümlədən Səudiyyə Ərəbistanı kralının məktubunu Xameneyiyə təqdim etdi. İran-ABŞ danışıqlarının Romada keçirilən ikinci raundu ərəfəsində baş tutan bu səfər İran mediası və ekspertləri tərəfindən müxtəlif cür şərh olunsa da, istər-istəməz cəmi bir neçə il öncə İran rəsmilərinin, xüsusən Əli Xameneyinin Səudiyyə Ərəbistanı haqqında sərt və təhqiramiz açıqlamaları da yada düşür. Həmin bəyanatları Xalid ibn Salmanla görüşdə söylənənlərlə müqayisə etdikdə, rəsmi Tehranın 180 dərəcəlik mövqe dəyişikliyinə heyrət etməmək olmur. visiontv.az
    Click here to Read more
    Prev Article
    Tramp Səudiyyə Ərəbistanı səfərindən sonra Putinlə görüşə biləcəyinə eyham vurub
    Next Article
    Ağ Ev Avropanı Ukrayna böhranının həlli üçün daha çox iş görməyə çağırıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment