Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Tehran Vaşinqtona üç mərhələli razılaşma təklif edib

    1 week ago

    3

    0

    Planı üç saatlıq danışıqlarda İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffa yazılı şəkildə təqdim edib. Diplomatik mənbələr bildiriblər ki, Tehran birinci mərhələdə ABŞ tərəfindən dondurulmuş maliyyə aktivlərinə çıxış və neftini ixrac etmək icazəsi müqabilində uranın zənginləşdirilməsi səviyyəsini müvəqqəti olaraq 3,67%-ə endirməyi təklif edib. Mənbələr əlavə edib ki, ikinci mərhələdə, ABŞ İrana qarşı əlavə sanksiyaları aradan qaldırsa və Britaniya, Almaniya, Fransanı BMT-nin Tehrana qarşı sanksiyalarından imtina etməyə inandırarsa, İran yüksək səviyyəli zənginləşdirməni birdəfəlik dayandıracaq. Bununla eyni zamanlı olaraq Birləşmiş Millətlər Təşkilatının nüvə nəzarəti orqanının yoxlamalarını bərpa edəcək. Bu mərhələdə İran BMT-nin nüvə nəzarəti orqanına qəfil yoxlamalar aparmağa imkan verən əlavə saziş olan Əlavə Protokolun icrasını öhdəsinə götürəcək. Üçüncü və son mərhələdə ABŞ Konqresi nüvə sazişini təsdiqləyərsə, Vaşinqtonun həm əsas, həm də ikinci dərəcəli sanksiyaları ləğv edərsə, İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarını üçüncü ölkəyə təhvil verməyi qəbul edə bilər. Qeyd edək ki, İran nüvə silahı əldə etmək cəhdini davamlı olaraq inkar edir və ABŞ kəşfiyyatı Tehranın nüvə silahı yaratmaqda tərəddüd çəkdiyinə inanır, lakin Tramp administrasiyası İrana xəbərdarlıq edib ki, nüvə sazişinə gəlməlidir, əks halda hücumla üzləşəcək. Şənbə günü Romada keçiriləcək ikinci raund İranın razılaşma üçün planını təqdim etdiyi ilk raunddan daha çətin ola bilər. visiontv.az
    Click here to Read more
    Prev Article
    Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü: Bu günün anlamı və hədəfi nədir?
    Next Article
    Horadiz-Ağbənd dəmiryol xəttinin tikintisi 63% tamamlanıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment