Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Təbrizdə zavod işçiləri tətil elan ediblər

    6 days ago

    4

    0

    Narazı işçilər bu barədə sosial media platformalarından məlumat yayıbıar. "Zavod işçiləri qanuni hüquqlarının pozulması, zavodun Tehran bölməsi işçiləri ilə Təbrizdəki işçilərinin əmək haqları arasında böyük fərq olmasını ayrı-seçkilik kimi qəbul edir və buna görə də səslərini əlaqədar qurumlara çatdırmaq üçün tətil elan ediblər",- məlumatda bildirilib. Onların sözlərinə görə, hazırda 1500 işçisi olan zavod rəhbərliyi işçilərin əmək haqlarının artırılması ilə bağlı dəfələrlə edilən müraciətləri cavabsız qoyub. Bu, son bir neçə ildə zavod işçilərinin keçirdiyi onlarla etiraz və tətil aksiyalarından biridir. Bundan öncəki aksiyalarda işçilər yuxarıda qeyd olunan problemlərlə yanaşı iş təsnifatının olmamasına, iş şəraitinin ağır olamsına, gecikdirilmiş əmək haqlarının ödənilməməsinə, əmək müqavilələrinin 3 aydan bir yenilənməsinə, iş təhlükəsizliklərinin olmamasına etirazlarını bildirmişdilər. Qeyd edək ki, “İranxodro” şirkətinin nominal istehsal gücü ildə 130 min avtomobil təşkil edir. Zavod rəhbərliyinin iddiasına görə, 2006-cı ildə təsis edilən zavodda bu günə kimi  bir milyondan çox minik avtomobili və furqon istehsal edilib.  visiontv.az
    Click here to Read more
    Prev Article
    Mbappe "Real"ın növbəti oyununda meydana çıxa bilməyəcək
    Next Article
    Tibb işçilərinin maaşlarına əlavə müddəti uzadıldı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment