Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Təbrizdə tarixi tikili olan Fəthullayev evinə ciddi ziyan dəyib

    1 week ago

    8

    0

    Bu barədə Şərqi Azərbaycanın Mədəni İrs idarəsinin baş direktorunun müavini Vahid Nəvadad İRNA-ya danışıb. Onun bildirdiyinə görə, tarixi abidənin ərazisi və mülkiyyəti Mədəni İrs Baş İdarəsinin nəzarətində deyil və idarə abidənin ətrafındakı əraziləri öz səlahiyyət dairəsinə keçirmək üçün hərəkətə keçməlidir. O, ətrafdakı bəzi mağazaların ərazilərinin alındığını, ancaq satınalmaların tam həyata keçmədiyini deyib. Tarixi abidənin yenidənqurması üçün isə onun bütün ərazisi idarənin səlahiyyət dairəsində olmalıdır. Vahid Nəvadad öncəki illərdə abidənin bərpa edilməyə çalışıldığını, ancaq iş zamanı abidənin konstruksiyasına ciddi ziyan dəydiyini bildirib. “Fəthullayev evi son 50-100 il ərzində davamlı olaraq istismar olunur və bu, kərpic bünövrələrin sökülməsi və onların dəmir tirlərlə əvəzlənməsi kimi ərazidə müxtəlif dəyişikliklərə gətirib çıxarıb ki, bu da bütün kompleksə ciddi ziyan vurub.” - deyə Vahid Nəvadad bildirib. Qeyd edək ki, bu tarixi abidə 150 il öncə Qacarlar dönəmində inşa edilib və 2005-ci ildə Milli Abidələr Siyahısında qeydə alınıb. visiontv.az
    Click here to Read more
    Prev Article
    Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan nümayəndələri arasında görüş başladı
    Next Article
    Seldə neçə nəfər xəsarət alıb? - Vəziyyətləri açıqlandı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment