Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Tarladan sərvət çıxdı: 150 ton qızıl tapıldı - 4 milyardlıq kəşf

    1 day ago

    3

    0

    Fransanın Auverne bölgəsində yaşayan fermer Mişel Düponun əkin sahəsində 150 tondan çox qızıl yatağı aşkar edilib.  Valyuta.az xəbər verir kii, yerin dəyərinin təxminən 4 milyard avro olduğu bildirilir. Bu tapıntı, ölkədə son illərdə qeydə alınmış ən böyük qızıl kəşflərindən biri hesab olunur. Fermer Mişel Düpon sahəsində diqqətini çəkən bir ərazidə apardığı qazıntı zamanı bir neçə qızıl parçası aşkarlayıb. Bundan sonra əraziyə çağırılan geoloqlar tərəfindən aparılan araşdırmalar nəticəsində torpaq altında böyük miqdarda qızılın olduğu müəyyən edilib. Hazırda Fransa hökuməti ərazidə ekoloji vəziyyəti qiymətləndirmək üçün təbii mühitin qorunması üzrə araşdırmaların aparılmasını tələb edib və həmin sahədə qızıl hasilatına müvəqqəti olaraq icazə verilməyib. Qeyd edək ki, Fransada yeraltı sərvətlərin istismarı dövlətin səlahiyyətinə daxildir. İqtisadçılar bu kəşfin bölgəyə yüzlərlə yeni iş yeri qazandıra və yerli iqtisadiyyata ciddi töhfə verə biləcəyini bildirirlər. Lakin ekoloqlar qızıl hasilatının təbiətə mənfi təsirlər yarada biləcəyindən ehtiyat edirlər. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Yeni "Uygun Fiyatlı" Tesla Model Y Anında Tükendi: Satın Alınamıyor!
    Next Article
    İbrahim Hacıosmanoğlu: "Darısı milli takımın başına"

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment