Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Tariflərdən əvvəl pullar artıq çıxarılıb

    6 days ago

    5

    0

    Finss.az - ABŞ-ın nəhəng texnologiya və maliyyə şirkətlərinin rəhbərləri – Meta-nın rəhbəri Mark Zukerberq, Oracle şirkətinin CEO-su Safra Kaats və JPMorgan Chase & Co-nun baş icraçı direktoru Ceymi Deymon – ABŞ-ın prezidenti Donald Trampın tariflərlə bağlı açıqlamalarından əvvəl milyardlarla dollar dəyərində səhmlərini nağdlaşdırıblar. Birinci rübdə Mark Zukerberq ümumilikdə 1,1 milyon ədəd Meta səhmini sataraq 733 milyon dollar gəlir əldə edib. Bu satışlar əsasən yanvar və fevral aylarında həyata keçirilib – həmin vaxt Meta-nın səhmləri 600 dolları keçmiş, 14 fevralda isə 736 dollarla rekord səviyyəyə çatmışdı. Lakin sonradan bazardakı eniş fonunda Meta səhmləri 32% dəyər itirib. Oracle şirkətinin rəhbəri Safra Kaats da diqqətçəkən satış həyata keçirib. O, ümumilikdə 3,8 milyon Oracle səhmi sataraq 705 milyon dollar qazanc əldə edib. Bu gəlir onun ümumi sərvətini Bloomberg Milyarderlər İndeksinə əsasən 2,4 milyard dollara çatdırıb. JPMorgan Chase & Co-nun baş direktoru Ceymi Deymon isə rüb ərzində 234 milyon dollar dəyərində səhmlərini satıb. Onun ümumi sərvəti hazırda 3 milyard dollar olaraq qiymətləndirilir. Ekspertlər bu iri həcmli satışların Trampın proteksionist iqtisadi siyasətə qayıdacağı ehtimalı fonunda risklərin minimuma endirilməsi cəhdi olduğunu bildirirlər. Səhm satışlarının zamanlaması insayder tənqidlərini də gündəmə gətirib.
    Click here to Read more
    Prev Article
    Ipsos: Trampın reytinqi 42 %-ə düşüb
    Next Article
    China exports to fall amid US trade war, but trade balance may not- ANZ

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment