Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Tanrım məni niyə tərk etdin..?

    1 week ago

    6

    0

    3 gün sonra isə məzarı ziyarətə gələn həvari Mariya Maqdalena möcüzəvi bir şəkildə Rabbi/Müəllim ilə qarşılaşdı. İsa dirildikdən sonra son mesajı dünyaya mənim sözlərimi çatdırın oldu. İsanın dünyadan çəkilişindən sonra, həvarilər Məryəmin ögey oğlu (İsanın mənəvi atası Yusif başqa bir qadınla evli idi və dolayası ilə İsanın qohumları, qardaşları vardı) Yaqubun başçılığı ilə 60-cı ildə ilk həvarilər şurasını qurdular. Bir qisim həvarilər bugün ki, Antakya/Antioxiya, bir qisim isə Romaya gəldi. Xristianlıq erkən dövrdə iki qrupa ayrılmışdı. İsaya inanan və Musa şəriətini uyğulayan yəhudi xristianlar bunlara Judeo Chretiens/Jewish Christianity, Pavelin rəhbərlik etdiyi digər qrupa isə Pagano Chretiens/Pagano Christianity bütpərəst xristianlar deyilirdi. Yəhudi xristianlar İsanın yeni bir din gətirmədiyini əksinə Musanın şəritəni təbliğ etdiyini iddia edir, sinaqoqa gedib dualar edir, sünnət qaydasını pozmurdular. Pavel isə İsaya iman gətirən romalıların sünnət olmasına ehtiyac olmadığını, İsanın isə əsla Musa şəriətinin davamı olmadığını bildirirdi. Zamanla 2-ci qrup öna çıxdı və Xristianlıq din kimi Pavelin tədrisatı, təbliğatı, şərhləri ilə bugünki formasını almış oldu. 20 Aprel xristianlar üçün ən müqəddəs bayram olan Pasxa bayramıdır. Bütün inanclı xristianları təbrik edirəm. İsa sadəcə xristian, yəhudi dini üçün deyil İslam dünyası və dini üçün ən mötəbər şəxsdir. Gül rəmzi Məryəmin rəmzidir... Pərviz Əliyev visiontv.az
    Click here to Read more
    Prev Article
    Hindistanda 8 üsyançı öldürüldü
    Next Article
    “Danışıqlar irəlilədikcə Rusiya İranın nüvə sazişində əsas rol oynaya bilər"

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment