Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Süni intellektnən yazılan motivasiya məktubu qəbul olunurmu?

    1 hour ago

    1

    0

    Süni intellekt artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. İstər işə qəbul prosesində, istərsə də iş fəaliyyətində bir çox sahədə ona müraciət edirik. Yazı işlərində də süni intellektdən istifadə geniş yayılıb. İnsanlar daha maraqlı və risksiz mətnlər hazırlamaq üçün ona üz tutur. Bu yanaşma xüsusilə motivasiya məktublarının hazırlanmasında özünü göstərir. Bəs motivasiya məktubunu süni intellektə yazdırmaq nə dərəcədə doğrudur? Nitq təlimçisi Nuranə Abıyeva Valyuta.az-a açıqlamasında bildirdi ki, motivasiya məktubu öz təqdimatımızın yazılı formada qarşı tərəfə ötürülməsidir və burada səmimiyyət hiss olunmalıdır: “Yazılı nitqin əsas və çətin tərəfi hiss və duyğularımızı qarşı tərəfə ötürməkdir. Şəxsi yazışmada isə indiki dövr üçün dəbdə olan stikerlərlə, emojilərlə hiss və duyğularımızı ifadə edə bilirik. Amma motivasiya məktubunda bunlar mümkün deyil, burada maksimum dərəcədə hiss və emosiyalarımızı, iş görmə eşqimizi sadəcə olaraq beynimizdəki söz və fikirlərlə ifadə etməliyik”. N.Abıyevanın sözlərinə görə, bəzi şəxslər motivasiya məktubu yaza bilmirlər və başqalarına yazdırırlar. Bu zaman belə, məktubu yazan şəxsə öz hiss və emosiyalarınızı bildirməyinizi məsləhət görür: “Mən həmişə məsləhət görürəm ki, motivasiya məktubunda qeyd etmək istədiyiniz cümlələri siz qarşı tərəfə bildirin. Daxilinizdə yaşatdığınız duyğu və hiss sizin içinizdədir, yəni yazan şəxsin nə qədər geniş söz ehtiyatı olsa da, sizin verdiyiniz duyğunu motivasiya məktubunu yazan çatdıra bilməyəcək”. Motivasiya məktubu hər yerdə eyni cümlələrlə ola bilməz Nitq təlimçisi bildirdi ki, motivasiya məktubunun yazılmasında əsas qaydalar var: ”Özünü təqdimat, giriş hissə, işə və.s olan istəyin qeyd edilməsi və sağollaşma. Motivasiya məktubunda hara müraciət edirəmsə, özümü göstərmək istədiyim mövqe nədirsə,  təqdimatım da o mövqedən olmalıdır. Burada müraciət olunan yerə görə mütləq dəyişmə olacaq. Müraciət etdiyim yerə görə səbəb, məqsəd və gözlənti hissəsi önəmli rol oynayacaq. İndiki dövrdə Chatgpt bizim əlimizdən tutur. Fikri tapa bilməyəndə, beynimiz duranda müraciət edə bilirik. Burada balansı qorumaq vacibdir, asılı olduqca, beyin öz yerinə işləməkdə çətinlik çəkir. Onsuz da süni intellekt vacib danışıqlarımızı bizim qədər verə bilmir. Unutmayaq ki, motivasiya məktubunu istəyənin də süni intellekt proqramı var və o, məktubu süni intellektə qarşılaşdıracaq. Əgər köçürmə olduğu aydın olsa, düşünəcək ki, sən bu məktubu ürəkdən yazmamısan, məqsədində ciddi deyilsən. Süni intellekt vasitəçi ola bilər, amma bizim işimiz, hədəfimizin, məqsədimizin əsası olmamalıdır”. HR Hunter şirkətinin təsisçisi, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə isə deyir ki, Azərbaycanda real işə qəbulda motivasiya məktubu ikinci dərəcəli nüansdır: “Əsas məsələ CV və içindəki məlumatlardır. Bəli, biz süni intellektdən istifadə etməliyik, amma bunu dərəcəsiz etmək qarşı tərəfdə adından göründüyü kimi sünilik yaradacaq. Süni intellektdən istifadə etmək olar, amma onu öz sözlərimizlə əvəz edərək daha peşəkar hala gətirməliyik və özümüzə uyğunlaşdırmalıyıq”. Süni intellekt işinizi asanlaşdırarkən, işinizdən də edə bilər İ.Mirzəzadə deyir ki, süni intellekt məktub yaza bilər, amma onun yazdıqları xarici iş profilinə uyğun ola bilər: “Ola bilsin ki, hazırlanan məktubun buradakı işlə hər hansı əlaqəsi olmasın. Süni intellektin harada və necə istifadə ediləcəyinə fikir vermək lazımdır. Məsələn, əgər xaricdə təhsil üçün motivasiya məktubu yazılırsa, bu, mütləq şəkildə peşəkar səviyyədə hazırlanmalıdır, süni intellektdən çox cüzi, sadəcə yol göstərmək üçün istifadə etmək olar. Unutmayaq ki, süni intellekti yoxlayan xüsusi alətlər var. Məktubun süni intellekt vasitəsi ilə yazıldığı təsbit edilsə, həmin şəxsin motivasiya məktubunu qəbul etməmə şansları kifayət qədərdir. Hətta xaricdə ev tapşırıqlarının, digər yazıların süni intellektlə yazılmamasına çox diqqət edirlər. Süni intellektdən sadəcə istiqamət göstərmək üçün istifadə etmək daha məqsədə uyğundur”. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    ChatGPT'ye Birbirinden Kullanışlı 4 Yeni Özellik Geldi
    Next Article
    Nazir məşhur cərraha vəzifə verdi (FOTO)

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment