Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Süni intellekt ilə video yarada biləcəyiniz 10 internet platforması - SƏHƏR OXUSU

    1 hour ago

    2

    0

    Süni intellekt ilə video hazırlamaq artıq sosial media məzmunlarının əsas istiqamətlərindən birinə çevrilib. Sadə interfeysləri, yaradıcı imkanları və bir çox hallarda pulsuz istifadəsi bu proqramları geniş istifadəçi kütləsinə çatdırıb. Bu texnologiyalar mətn, səs, musiqi, emoji və ya mövcud videolardan ilham alaraq yeni videolar yaratmağa imkan verir. Prosesin arxasında isə mənbəni analiz edib vizual və səsli nəticə yaradan alqoritmlər dayanır. Bu videolar əyləncəli, emosional, informativ və ya estetik ola bilər. Valyuta.az 10 süni intellektlə video yaratma saytını təqdim edir. 1. "Descript" Video redaktəsini mətn sənədi kimi etmək imkanı yaradan bu platforma videoları avtomatik transkripsiya edir və səhnələrə ayırır. Sadəcə mətn üzərində silmək istədiyiniz hissələri seçməklə videonu kəsə bilərsiniz. Arxa plan görüntüləri və vizual-səs effektləri əlavə etmək də mümkündür. Qiymət: Pulsuz planla istifadəçilər 1 saatlıq transkripsiya və 720p keyfiyyətdə filiqransız video yarada bilirlər. Daha geniş imkanlar təqdim edən "Creator" planı isə ayda 12 ABŞ dolları qarşılığında 10 saatlıq transkripsiya və 4K keyfiyyətində videolar yaratmağa imkan verir. 2. "Wondershare Filmora" Videonu avtomatik olaraq səhnələrə bölür və musiqi ilə ritm sinxronizasiyası təmin edir. Sosial media üçün paylaşım funksiyaları, şablonlar və digər yaradıcı alətlər mövcuddur. YouTube, TikTok və Vimeo platformalarına birbaşa bağlantı da dəstəklənir. Qiymətinə gəldikdə isə platforma müxtəlif ödənişli planlarla fəaliyyət göstərir. İstifadəçilər seçdikləri funksiyalara uyğun plan seçərək ödəmə edirlər. 3. "RunwayML" Təkcə video yaratmaqla kifayətlənmir, eyni zamanda mətn və görüntü arasında çevrilmələr təklif edir. Bu platforma süni intellektin ikinci nəsil texnologiyasından istifadə edir və istifadəsi olduqca asandır. Qiymət: Pulsuz planda istifadəçilərə 3 video yaratmaq imkanı verilir. Daha geniş imkanlar üçün təqdim edilən ödənişli planın qiyməti ayda 12 ABŞ dolları, illik ödənişlə isə 24 ABŞ dolları təşkil edir. 4. "Peech" Brend əsaslı videolar hazırlamaq üçün ideal seçimdir. İstifadəçinin loqosu və rəngləri yadda saxlanılaraq avtomatik olaraq videolara tətbiq olunur. İstifadəçiləri tanıyaraq onların adlarını və vəzifələrini videoda göstərmək imkanına malikdir. Qiymət: Pulsuz planda istifadəçilər ayda 2 video yaratmaq və maksimum 5 dəqiqəlik yükləmələr etmək imkanına malikdirlər. "Pro" plan isə ayda 59 ABŞ dolları qarşılığında 10 video, 50 dəqiqəlik yükləmə limiti və filiqransız videolar təqdim edir. 5. "Synthesia" İstifadəçinin öz səsini və simasını istifadə etmədən avatar və avtomatik səsləndirmə ilə videolar hazırlamaq mümkündür. 55-dən çox dili dəstəkləyir. Qiymət: Fərdi istifadəçilər üçün nəzərdə tutulan planın qiyməti ayda 30 ABŞ dolları təşkil edir. 6. "Fliki" Fikirlər, bloq yazıları, təqdimatlar və sosial media paylaşımlarından video yaratmaq mümkündür. 75-dən çox dili dəstəkləyən bu platforma "Google", "Sony" və "Meta" kimi aparıcı şirkətlər tərəfindən istifadə olunur. Qiymət: Pulsuz plan təqdim olunur. Əlavə imkanlar üçün istifadəçilər ödənişli planlara keçə bilərlər. 7. "Pictory" Mətn və ya URL əsaslı mənbədən avtomatik olaraq video yaradır. Stok görüntülər və avtomatik səsləndirmə funksiyaları ilə işləyir. Qiymət: Başlanğıc səviyyəsində pulsuz istifadə imkanı var. Daha geniş funksiyalar üçün ödənişli planlara keçmək mümkündür. 8. "Lumen5" Xüsusilə marketinq məzmunu hazırlayanlar üçün nəzərdə tutulub. Bloglardan və məqalələrdən video yaratmağa imkan verir. Qiymət: Pulsuz plan mövcuddur. Süni intellekt səsləndirməsi və avtomatik altyazı funksiyalarından istifadə etmək üçün ödənişli planlardan birinə keçmək lazımdır. 9. "KlingAI" 1080p keyfiyyətində videolar yaradır və videonun uzunluğunu 3 dəqiqəyə qədər uzatmaq imkanı verir. Qiymət: İstifadəçilər gündəlik olaraq 66 pulsuz kredit alırlar. Bu kreditlər vasitəsilə təxminən 5 video hazırlamaq mümkündür. Əsas imkanların əksəriyyəti ödənişli planlarda təqdim olunur. 10. "Sora" "OpenAI" tərəfindən hazırlanmış bu platforma ilə istifadəçilər mətn və şəkillər əsasında qısa filmlər, təqdimatlar və sosial media videoları yarada bilirlər. Qiymət: Platforma yalnız ödənişlidir və istifadə üçün "ChatGPT Plus" və ya "Pro" abunəliyi tələb olunur Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Trump set to ease tariff impact on US car makers
    Next Article
    Savcılık soruşturma başlattı! Beşiktaş’ın eski yönetiminin başı dertte…

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment