Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Stresi və narahatlığı azaldan 10 ən yaxşı çay növü - SİYAHI

    6 days ago

    1

    0

    Araşdırmalar göstərir ki, bəzi bitki çayları tərkibindəki kimyəvi maddələr sayəsində psixi sağlamlıq üçün faydalıdır və təbii yolla stressi və narahatlığı azalda bilər.  HİT.az xəbər verir ki, Verywellhealth.com resursuna əsasən, həkimlər və mütəxəssislər bu baxımdan ən təsirli 10 çay növünü müəyyən ediblər: 1. Lavanda çayı Lavanda sakitləşdirici təsirləri ilə tanınır. 2021-ci il icmalında lavandanın çay, aromaterapiya və masaj şəklində istifadəsinin stress, depressiya və yüksək təzyiqi azaltmaqda effektiv olduğu göstərilib. 2020-ci ildə yaşlı insanlarla aparılan tədqiqatda gündə iki dəfə lavanda çayı içənlərin narahatlıq və depressiya səviyyəsində nəzərəçarpacaq azalma müşahidə olunub. 2. Çobanyastığı çayı Xərçəng müalicəsi alan pasiyentlər üzərində aparılan tədqiqatda gündə bir dəfə çobanyastığı çayı içənlərdə depressiya əlamətlərində azalma müşahidə olunub. Lakin narahatlıq səviyyəsində ciddi dəyişiklik qeydə alınmayıb. 3. Yaşıl çay (aşağı kafeinli) Az kafeinli yaşıl çay stress markerlərini azalda bilər. Tələbələr və orta yaşlı insanlar üzərində aparılan tədqiqatlar bu çayın həm stressi azaltmağa, həm də yuxu keyfiyyətini artırmağa kömək etdiyini göstərib. 4. Maça çayı Maça yaşıl çaydan fərqli şəkildə becərilir və dəmlənir, bu da onun tərkibində daha çox teanin və arqinin olmasına səbəb olur. Bu maddələr stresə qarşı effektiv təsir göstərir. 5. Aşvaqanda çayı Aşvaqanda əlavələrinin stress və narahatlığı azaltmaqda təsirli olduğu sübut edilsə də, çay şəklində qəbulunda təsir dozası daha az olduğundan, təsiri barədə alimlər arasında yekdillik yoxdur. 6. Pasiflor (çirkincaçiçəyi) çayı Bu bitkinin ekstraktı benzodiazepinlərə bənzər təsir göstərərək narahatlığı azalda bilir. Araşdırmalardan birində pasiflor çayı içənlərdə yuxu keyfiyyətində əhəmiyyətli yaxşılaşma qeydə alınıb. 7. Kannabidiol (CBD) çayı CBD-nin yüksək dozalarda narahatlığı azaltdığı sübut olunub. Lakin çay şəklində olan CBD-nin təsiri daha az ola bilər, çünki tərkibindəki aktiv maddənin miqdarı aşağıdır. 8. Valerian çayı Valerian kapsulları ilə aparılan tədqiqatlarda narahatlıq, depressiya və yuxu problemlərinin azaldığı sübut olunub. Çay şəklində istifadəsi barədə isə hələ geniş elmi məlumat yoxdur, lakin oxşar təsirləri ola biləcəyi düşünülür. 9. Kava çayı Kava bitkisi qısa müddətli narahatlıq üçün faydalı ola bilər. Lakin uzunmüddətli istifadəsi qaraciyər zədələnməsinə səbəb ola bilər, buna görə də gündəlik və daimi istifadəsi tövsiyə edilmir. 10. Nanə çayı Nanə efir yağının nəfəsə çəkilməsi narahatlığı azalda bilər. Buna görə də nanə çayı da oxşar sakitləşdirici təsir göstərə bilər. Nəticə: Bu çaylar stressin və narahatlığın idarə olunmasında təbii dəstək vasitəsi ola bilər, lakin sağlamlıqla bağlı ciddi problemlərdə həkimlə məsləhətləşmək tövsiyə olunur. Samir
    Click here to Read more
    Prev Article
    Ursula fon der Lyayen Britaniyanın baş naziri ilə görüşmək üçün Londona gedir
    Next Article
    Almaniyada nüfuzlu kriminal avtoritet həbs olundu

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment