Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Starlink"in yeni bir rəqibi var: "Amazon" ilk internet peykini orbitə buraxdı

    10 hours ago

    1

    0

    Amazon şirkəti uzun müddət gözlənilən Kuiper layihəsi çərçivəsində internet təminatı üçün nəzərdə tutulan ilk 27 peykini Floridadan orbitə göndərib. Valyuta.az xəbər verir ki, bu hadisə "Amazon"un kosmosdan internet xidməti sahəsində "SpaceX"-in "Starlink" şəbəkəsi ilə rəqabətə başlamasının rəsmi startı hesab olunur. Belə ki, “Kuiper” layihəsi çərçivəsində “Amazon” 3 236 peyk buraxmağı planlaşdırır. 2019-cu ildə təqdim edilən və 10 milyard dollar dəyərində olan layihə fərdi istifadəçilərə, biznes qurumlarına və dövlət orqanlarına qlobal internet xidməti göstərməyi hədəfləyir. İlk 27 peykdən ibarət dəstə "United Launch Alliance" tərəfindən idarə olunan "Atlas V" raketi ilə Cape Canaveral Kosmik Qüvvələr Stansiyasından buraxılıb. “Kuiper” layihəsi "Amazon"un ən iri təşəbbüslərindən biridir və şirkət bununla "Starlink", "AT&T" və "T-Mobile" kimi qlobal telekommunikasiya şirkətləri ilə rəqabət aparır. Xidmət əsasən kənd və ucqar bölgələrdə internetə çıxışı yaxşılaşdırmaq məqsədi daşıyır. “Amazon” peyklərin buraxılışında gecikmə yaşasa da, 2026-cı ilin ortalarına qədər orbitdə 1 618 peyk yerləşdirmək üçün ABŞ Federal Rabitə Komissiyası tərəfindən təyin olunan müddətə riayət etməyə çalışır. Şirkət ilin sonuna qədər ilk xidmətlərini təqdim etməyi planlaşdırır. "ULA" şirkətinin baş direktoru Tori Bruno bildirib ki, bu il daha beş “Kuiper” missiyası həyata keçirilə bilər. “Amazon”un sənədlərinə görə, 578 peyk orbitə çıxarıldıqdan sonra bəzi şimal və cənub bölgələrində xidmətə başlanılacaq. “Amazon”un veb xidmətlər və bulud texnologiyaları sahəsindəki təcrübəsi, "Kuiper" layihəsinə bazarda əlavə üstünlük verə bilər. Şirkət 2023-cü ildə iki sınaq peykini uğurla buraxıb və 2024-cü ildə orbitdən çıxarıb. "SpaceX" 2019-cu ildən bəri orbitə 8 000-dən çox "Starlink" peyki buraxıb və hazırda 125 ölkədə 5 milyondan çox istifadəçiyə xidmət göstərir. Həftəlik peyk buraxılışları şirkətə qlobal peyk rabitəsi bazarında üstün mövqe qazandırıb. “Amazon”un İcraçı Sədri Ceff Bezos isə bildirib ki, internetə olan tələbat heç vaxt doymayacaq və "Starlink"lə yanaşı "Kuiper"in də uğurlu olacağına inanır. Şirkət həmçinin "Kuiper" layihəsi üçün LP vinil disk ölçüsündə və "Kindle" cihazına bənzər peyk antenaları hazırlayıb və on milyonlarla belə cihazı 400 dollardan aşağı qiymətə satmağı planlaşdırır. “Amazon” layihə üçün "ULA", "Arianespace" və "Blue Origin" şirkətləri ilə ümumilikdə 83 raket buraxılışı üçün müqavilə imzalayıb ki, bu da kosmik sənayedə ən böyük raket sifarişi hesab olunur. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Nazir məşhur cərraha vəzifə verdi (FOTO)
    Next Article
    Bakıdakı "General Hospital" klinikası cərimələndi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment