Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "S&P" Azərbaycanın sığorta sektoru üzrə risk qiymətləndirməsini açıqlayıb

    2 days ago

    2

    0

    "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın sığorta sektoru üzrə risk qiymətləndirməsini (“Sığorta Sənayesi və Ölkə Risk Qiymətləndirmələri”- IICRA) növbəti dəfə dəyişməz saxlayıb. Məlumata görə, "S&P" sonuncu dəfə 2022-ci ilin aprel ayında yayımlanan hesabatda Azərbaycanın əmlak və qeyri-həyat sığortası (P/C) sektoru üzrə risk qiymətləndirməsi aparıb. Burada ölkə riski "Yüksək", sektor üzrə risk "Orta səviyyədən yüksək", ümumi IICRA qiymətləndirməsi "Yüksək" olaraq müəyyən edilib. Başqa sözlə, Azərbaycanın sığorta sektoru 1-dən 6-ya qədər olan qiymətləndirmə üzrə 5-ci pillədə yer alıb. Bu qiymətləndirmələr Azərbaycanın makroiqtisadi sabitliyindəki çağırışlar, yüksək riskli aktivlərə məruz qalma və məhdud sığorta məhsulları kimi amillərlə əlaqələndirilir. Qeyd edək ki, "S&P"-nin IICRA qiymətləndirməsi 47 ölkədən 96 sığorta sektoru və 4 qlobal sektor üzrə risk qiymətləndirmələrini əhatə edir. IICRA sığorta şirkətlərinin qarşılaşdığı riskləri iki əsas kateqoriyada təhlil edir. Ölkə riski makroiqtisadi sabitlik, siyasi risklər, hüquqi və tənzimləyici mühit, valyuta sabitliyi və kapital bazarlarının inkişaf səviyyəsi kimi amilləri əhatə edir. Sənaye riski isə sığorta sektorunun mənfəətliliyi, rəqabət səviyyəsi, məhsul riskləri, bazar böyümə perspektivləri və institusional çərçivə kimi faktorları qiymətləndirir. ©apa
    Click here to Read more
    Prev Article
    Yatırımcılar altının bu türüne yöneliyor: İlgi rekor seviyede!
    Next Article
    Bank hesablarının açılması qaydalarında dəyişiklik edildi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment