Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Söyüşcül Fələstin dövlət başçısı ...

    20 hours ago

    3

    0

    İordan çayının qərb sahilində keçirilən toplantıda çıxış edən Fələstin prezidenti Mahmud Abbas qəzəbli tonda bildirib: “İt uşaqları HƏMAS... Əlinizdə olan girovları azad edin və bu iş bitsin. İsrailin bəhanələrini də aradan qaldırın!” Bununla yanaşı Fələstin muxtariyyətinin rəhbəri Abbas HƏMAS-ı tərksilah olunmağa və İsraillə müharibəyə son qoymaq üçün Qəzzaya nəzarəti təhvil verməyə çağırıb və bildirib ki, Həmas İsrailə Qəzzaya hücum etmək üçün bəhanə verir. Və əlbəttə, onun bu çıxışı çox müzakirə və tənqidə səbəb olub. Mahmud Abbas ümumiyyətlə, söyüşə meyilli adamdır. Ola bilsin yaşlilıqla bağlıdır. Mahmud Abbas bir dəfə 2018-ci ildə "it oğlu" söyüşü söymüşdü. O zaman ABŞ-ın İsraildəki səfiri David Friedman yəhudi məskənlərini İsrail ərazisi adlandırmasına cavab olaraq Abbas əmi Friedmana xitabən "it oğlu" demişdi. O zaman bu söhbət geniş yayılsa da, ciddi mübahisə və müzakirə olmadı. indi isə Mahmud Abbas özününküləri söyür. Yaşlı adamların belə hərəkətlərinə adətən "xərifləyib" deyirlər. Amma Həmasa bu hücum həm də Fələstinin taleyi baxımından faciəvi vəziyyətdir. Çünki belə görünür ki, fələstin növbəti dəfə içəridən parçalanır və bu onu geriyə atacaq. Kənan Rövşənoğlu visiontv.az
    Click here to Read more
    Prev Article
    PA-nın Vətəndaş Qəbulu Mərkəzində may ayı üçün qəbul cədvəli açıqlanıb
    Next Article
    Kaliforniya Yaponiyanı ötdü, dördüncü ən böyük iqtisadiyyatı oldu

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment