Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Sosial şəbəkələrdə ünsiyyət mədəniyyətinin formalaşması günün tələbidir"

    3 days ago

    2

    0

    Bu gün əhalinin böyük hissəsi internetdə sosial şəbəkələrin mövcudluğundan xəbərdardır, bir çoxları bu şəbəkələrin fəal iştirakçısıdır. Lakin onların imkanlarından məqsədyönlü şəkildə istifadə edənlərin sayı təəssüf ki, azdır.  Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, yeni texnologiyalar və onların sayəsində mövcud olan sosial şəbəkələr vasitəsilə bir çox problemlər həll olunur: “Virtual məkanda ünsiyyət iştirakçıları bəzi hallarda məsuliyyətsizlik nümayiş etdirir, mədəni ünsiyyət normalarını və əxlaq qaydalarını pozur, saxta profillər yaradaraq, digər iştirakçıların şərəf və ləyaqətinə xələl gətirən fikirlər səsləndirir, nalayiq ifadələrə və təhqirə yol verirlər. Bu cür hallar mütləq qaydada ictimai qınaq obyektinə çevrilməli, onların qarşısı kəskin şəkildə alınmalıdır. İfadə sərbəstliyi heç bir halda özbaşınalığa gətirib çıxarmamalıdır. İnformasiya cəmiyyətində ünsiyyət mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan sosial şəbəkələrdən istifadə mədəniyyətinin təşəkkül tapması və inkişafında cəmiyyətin hər bir üzvü öz səylərini əsirgəməməlidir. Sosial şəbəkələrdə ünsiyyət mədəniyyətinin formalaşması günün tələbidir”. Sevinc
    Click here to Read more
    Prev Article
    Şərqi Azərbaycanda sumaq yığımından maraqlı görüntülər
    Next Article
    Procter & Gamble zəif rüblük xalis mənfəət artımı görür

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment