Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Son illər hamilələr arasında xəstələnmə göstəriciləri çox artıb

    1 week ago

    3

    0

    Azərbaycanda son illərin statistik göstəricilərə nəzər salsaq görərik ki, ana ölümləri ilə bağlı azalma tendensiyası var. Bunu APA-ya müsahibəsində TƏBİB-in Doğuşayardım Komissiyasının sədri, Sumqayıt Tibb Mərkəzinin direktor müavini, Perinatal Mərkəzin rəhbəri Təranə Rəcəbli deyib. Statistika hələ də hədəflərdən uzaq olduğumuzu göstərir "2023-cü ildə 33, 2024-cü ildə isə 29 ana ölümü qeydə alınıb. Lakin dövlətimizin sosial-iqtisadi inkişaf strategiyasında qarşıya qoyulan hədəflərdən çox uzağıq. Bunun üçün doğuşayardım xidmətində bir çox iş görülməlidir", - o, əlavə edib. Son illər hamilələr arasında xəstələnmə göstəriciləri çox artıb Doğuşayardım Komissiyasının sədri hamilələr arasında xəstələnmə göstəricilərinin çoxaldığını deyib: "Dövlət Statistika Komitəsinin rəqəmlərinə istinadən deyə bilərəm ki, son illər hamilələr arasında xəstələnmə göstəriciləri çox artıb. Onlarda ürək, qan-damar sistemi xəstəlikləri, tənəffüs pozuntusu, karbohidrat mübadilə pozğunluğu, endokrin pozğunluq xəstəlikləri müşahidə olunur. Bunlar da təbii ki, analoji olaraq ana ölümləri statistikasına öz təsirini göstərir". Doğuşayardım Komissiyası həkim səhvlərini araşdırır Təranə Rəcəbli, eyni zamanda, doğuş zamanı ölüm halları ilə əlaqədar olaraq həkim səhlənkarlığı məsələsinə də toxunub: "Biz Doğuşayardım Komissiyasında həkim səhvlərini araşdırırıq. Həkim səhlənkarlığı ilə hüquq-mühafizə orqanları məşğul olur. Həkim səhvi bütün sahələrdə olduğu kimi, bu doğuşayardım xidmətində də olur və birbaşa insan sağlamlığına təsir etdiyi üçün cəmiyyətdə birmənalı qarşılanmır. Həkim səhlənkarlığı hüquq-mühafizə orqanlarının diqqətindədir Bütün tibb müəssisələrində çalışan mütəxəssislərimizin vəzifə borcuna dair 70 nömrəli əmrimiz var. Bu vəzifə borcunun pozulması həkim səhlənkarlığı sayılır. Bununla da hüquq-mühafizə orqanları məşğul olur". Visiontv.az
    Click here to Read more
    Prev Article
    Güzəştli ipotekanın verilməsində nöqsanlar aşkarlandı
    Next Article
    Prezident Aviasiya haqqında Qanununda dəyişiklik edilməsi barədə Fərman imzalayıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment