Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Siyavuş Novruzov 3 aydır parlamentə gəlmir - Nə olub?

    1 week ago

    3

    0

    Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentə gəlmir. HİT.az Qafqazinfo-ya istinadən xəbər verir ki, deputat son 7 plenar iclasın heç birində iştirak etməyib. Eyni zamanda, rəhbəri olduğu komitənin iclaslarına da qatılmayıb. Onu sədr müavini Nurlan Həsənov əvəzləyib. Sayt deputatın özü ilə isə əlaqə saxlamağa çalışsa da, zənglər cavabsız qalıb. Milli Məclisin İntizam Kommisiyasının sədri Eldar İbrahimov açıqlamasında Siyavuş Novruzovun icazəli olduğunu bildirib. Qeyd edək ki, Siyavuş Novruzov sonuncu dəfə parlamentin fevralın 3-də keçirilən plenar iclasında iştirak edib. Xatırladaq ki, Milli Məclisin Daxili Nizamnaməsinin 45-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində göstərilən əsasa görə, Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən azı dalbadal 4 və ya bir ayda üst-üstə 6 iclasda iştirak etməyən Milli Məclisin deputatı barəsində Milli Məclisin Sədri İntizam komissiyasına təqdimatla müraciət edir. İntizam komissiyası 1 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir. Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar Milli Məclisin növbəti iclasında elan edilir. Məlumat üçün bildirək ki, Siyavuş Novruzov 6-cı çağırışdır ki, Milli Məclisin deputatıdır.  
    Click here to Read more
    Prev Article
    I Fransiskin şəxsi mövqeyi və keçmişindən gələn erməni təsirləri
    Next Article
    Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun tikintisi sürətlə davam etdirilir – FOTO

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment