Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Şirniyyat aludəçiliyindən necə qurtula bilərik? - Diyetoloq məsləhəti

    1 week ago

    5

    0

    Düzgün səhər yeməyi gün ərzində iştahaya nəzarət etməyə kömək edə və ziyanlı şirniyyatları qəbul etmək istəyini azalda bilər. Oxu.Az kp.ru-ya istinadən xəbər verir ki, bu barədə rusiyalı diyetoloq və nutrisioloq Dmitri Semiryadov günə zülalla başlamağın vacibliyi barədə danışarkən bildirib. "Daha çox zülal yeməyə çalışın, onu mütləq səhər yeməyinə daxil edin (səhər daha çox zülal istehlak etmək olar - yeməyin ən azı 30%-i qədər ). Bu, qəlyanaltı və şirniyyata olan həvəsi azaltmaq üçün yaxşıdır", - deyə həkim qeyd edib. Mütəxəssis həmçinin "Harvard boşqabı" barədə unutmamağı məsləhət görüb: yarısı - tərəvəz və meyvələr, dörddə biri - zülal, dörddə biri - gec həzm olunan karbohidratlar. Bu sadə qayda sağlam çəkini qoruyub saxlamağa kömək edir və daimi nə isə yemək istəyini aradan qaldırır. Semiryadov xatırladıb ki, şirniyyata aludəçilikdən xilas olmaq üçün nəinki düzgün qidalanmaq, həm də kifayət qədər yatmaq, daha çox hərəkət etmək və stres səviyyəsini azaltmaq vacibdir. Güclü iştaha orqanizmdəki pozuntularla əlaqəli ola bilər. Qida aludəçiliyinə nəzarət etməkdə problemlər uzun müddət davam edərsə, həkimə müraciət etmək lazımdır.  
    Click here to Read more
    Prev Article
    KİV: İran Romada ABŞ-yə yüksəksəviyyəli səfəri müzakirə etməyi planlaşdırırdı
    Next Article
    Ekrem İmamoğlu'ndan Taksim'deki polis müdahalesine tepki: 'İsrail’de bile Netanyahu karşıtı gösterilere izin verilirken...'

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment