Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Şirkətlərin "Bank Respublika"ya etimadı azalır? - 100 mln. manatdan çox pul geri çəkilib

    1 week ago

    5

    0

    "Bank Respublika" 2025-ci ilin I rübü üçün maliyyə göstəricilərini açıqlayıb.  Valyuta.Az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə hüquqi şəxslərin bankdakı depozitlərinin həcmində böyük azalma qeydə alınıb.  Belə ki, ötən ilin sonunda hüquqi şəxslərin bankdakı depozitləri 711 mln. 842.43 min manat təşkil edirdisə, cari ilin I rübünün sonunda bu göstərici 16.29% və ya 115.9 mln. azalaraq 595 mln. 893.14 min manata düşüb.  Fiziki şəxslərin depozitləri isə 20 mln. manata yaxın azalaraq 636 mln. 244.66 min manatdan 616 mln. 348.33 manata qədər azalıb. Həmçinin bankın müştərilərə verilmiş kreditlərdən əldə etdiyi faiz gəlirləri isə təxminən 13.5 mln. manat artıb. Belə ki, əvvəlki ilin müvafiq dövründə sözügedən kateqoriya üzrə əldə olunan gəlirlər 45 mln. 575.33 min manatdan 59 mln. 98.42 min manata yüksəlib.  Ümumilikdə isə bankın faiz gəlirləri 10 mln. manatdan çox artıb. 2024-cü ilin I rübü ilə müqayisədə faiz gəlirləri 54 mln. 149.18 min manatdan 65 mln. 817.63 min manata yüksəlib.   Qeyri-faiz gəlirləri isə 8 mln. 586.35 min manatdan 9 mln. 488.25 min manata qədər artaraq 10.5 %-lik artım göstərib.  Bundan əlavə faiz və qeyri-faiz xərclərində də bir neçə mln. manatlıq artım müşahidə olunub. Belə ki, faiz xərcləri 27.17% artaraq 19 mln. 572.11 min manatdan  24 mln. 890.69 min manata, qeyri-faiz xərcləri isə 22.51% artaraq 26 mln. 277.87 min manatdan 32 mln. 191.22 min manata yüksəlib.  Bankın öhdəlikləri isə hesabat dövrünün sonunda  1 mlrd. 977 mln. 993.39 min manatdan 2 mlrd. 38 mln. 490.21 min manata yüksəlib.   Rəhim
    Click here to Read more
    Prev Article
    İbrahim İbrahimov sədr seçildi
    Next Article
    Hatayspor, Süper Lig'de Konyaspor'u konuk edecek

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment