Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Şirkətlər 3 mln. manatdan çox vəsaiti "Bank Avrasiya"dan geri çəkiblər

    1 week ago

    3

    0

    "Bank Avrasiya" ASC 2025-ci ilin I rübü üçün maliyyə hesabatını açıqlayıb. Valyuta.Az xəbər verir ki, sözügedən dövrdə hüquqi şəxslərin depozitləri 2024-cü ilin sonu ilə müqayisədə 51.7%-dən çox azalaraq 3 mln. 171.20 min manata düşüb. Ötən ilin sonunda bu rəqəm 6 mln. 567.11 min manat olub.  Fiziki şəxslərin depozitləri də təxminən 3.96 % azalaraq 56 mln. 447.59 min manatdan 54 mln. 208.92 min manata düşüb. Həmçinin sözügedən dövrdə bankın ümumi ehtiyatları da  2 mln. 243.95 min manatdan 2 mln. 117.14 min manata düşüb.  Biznes kreditləri 62 mln. 479.99 min manatdan  59 mln. 196.53 min manata, daşınmaz əmlak kreditləri isə 59 mln. 176.95 min manatdan 57 mln. 329.90 min manata düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın faiz gəlirləri 3 mln. 599.01 min manatdan 3 mln. 961.44 min manata, qeyri-faiz gəlirləri isə 529.13 min manatdan 717.38 min manata yüksəlib.  Bankın faiz xərclərində azalma qeydə alınsa da, qeyri-faiz xərclərində artım müşahidə olunub. Belə ki, bankın faiz xərcləri 605.76 min manata 574.36 min manata düşsə də, qeyri-faiz xərcləri 1 mln. 659.06 min manatdan 2 mln. 254.97 min manata yüksəlib.  Qeyd edək ki, "Bank Avrasiya" (ASC) Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2007-ci il tarixli 251 saylı "Bank fəaliyyətinin həyata keçirilməsi barədə bank lisenziyası" əsasında fəaliyyətə başlayıb. Rəhim
    Click here to Read more
    Prev Article
    Palata Bulvar İdarəsi ilə bağlı Baş Prokururluğa müraciət etdi
    Next Article
    DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başladı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment