Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Sinqapurdan Azərbaycana pul köçürmələri artıb

    1 week ago

    3

    0

    2024-cü ildə Sinqapurdan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi 3,9 milyon ABŞ dolları təşkil edib. Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Açıqlanan statistikaya əsasən, bu göstərici 2023-cü illə müqayisədə 1,1 milyon dollar və ya 40% artım deməkdir. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə bu göstərici 2,8 milyon dollar olub. Sinqapurdan daxil olan vəsaitlər ölkəyə ümumi pul köçürmələrinin 0,4%-ni təşkil edib. Hesabat dövründə, yəni 2024-cü ildə xarici ölkələrdən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin ümumi həcmi 1,08 milyard ABŞ dolları təşkil edib. Bu isə 2023-cü illə müqayisədə 571,9 milyon dollar və ya 34,6% azalma deməkdir. Bununla yanaşı, Azərbaycandan xarici ölkələrə göndərilən pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları olub ki, bu da ötən illə müqayisədə 23,4 milyon dollar və ya 4,2% azdır. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Azərbaycan Britaniyaya 73,4 milyon dollarlıq neft göndərib
    Next Article
    Alüminium məmulatlarının istehsalında 5,8% artım qeydə alınıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment