Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Şeyx Məhəmməd məscidi yenidən bərpa olunacaq

    6 days ago

    4

    0

    İsmayıllı rayonunda yerləşən Şeyx Məhəmməd məscidinin ( arxeoloji muzey ) bərpası həyata keçiriləcək.  Valyuta.Az xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyi tərəfindən müvafiq işlərə start verilib.  Məlumata əsasən, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda yerləşən məscidin bərpasına 200 min manatdan çox vəsait xərclənəcək.  Həmçinin, məscidə məxsus ərazinin də abadlaşdırılması nəzərdə tutulur.  Sözügedən işlərin görülməsi Dövlət Turizm Agentliyi tərəfindən "Tələt" firmasına həvalə olunub. Tərəflər arasında imzalanacaq müqavilənin dəyəri 284.018,91 AZN-dir.  Qeyd edək ki, "Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu Basqal qəsəbəsinin qədim hissəsini əhatə edir. 1989-cu ildə təşkil edilən qoruğun sahəsi 76 hektardır.  Şeyx Məhəmməd məscidi isə Sufi Dərviş Əlinin oğlu Pir Məhəmmədin əmri ilə 1531-ci ildə tikilib. Əlavə edək ki, Dövlət Turizm Agentliyi öncələr də bir sıra işlərini də "Tələt" firmasına həvalə edib.  Bunlara “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğundakı “Partizan Məmmədin” evinin bərpa layihəsi,   Qobustan ərazisində yerləşən palçıq vulkanları Müasir Turizm Kompleksinə FO-24 kabelin çəkilməsi və s. nümunə göstərmək olar.  Qeyd edək ki, 10 AZN nizamnamə kapitalına malik şirkətin qanuni təmsilçisi Rüstəmov Rafiq Mehman oğludur. Şirkət Füzuli rayonunda qeydiyyatdadır. Rəhim
    Click here to Read more
    Prev Article
    SunExpress rekora uçtu! 2025’te hedef daha büyük
    Next Article
    Faiz dəhlizinin parametrləri dəyişməz saxlanıldı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment