Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Səudiyyə Ərəbistanından Azərbaycana pul köçürmələri 21%-dən çox artıb

    2 days ago

    3

    0

    2024-cü ildə Səudiyyə Ərəbistanından Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi 20,5 milyon ABŞ dolları təşkil edib. Finss.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 3,6 milyon dollar və ya 21,5% artım deməkdir. Hesabat dövründə Səudiyyə Ərəbistanının ümumi pul köçürmələrində payı 1,9% olub. Xatırladaq ki, 2023-cü ildə Səudiyyə Ərəbistanından Azərbaycana fiziki şəxslərin pul köçürmələri 16,9 milyon dollar təşkil etmişdi. Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən vəsaitin həcmi 526,8 milyon dollar olub. Bu isə ötən illə müqayisədə 23,4 milyon dollar və ya 4,2% azalma deməkdir. Eyni zamanda, ötən il xarici ölkələrdən Azərbaycana daxil olan pul köçürmələrinin ümumi həcmi 1,08 milyard dollar təşkil edib. Bu da 2023-cü illə müqayisədə 571,9 milyon dollar və ya 34,6% azdır. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Azərbaycanda viski və brendi istehsalı artıb
    Next Article
    Frostpunk 1886 Duyuruldu

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment