Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Səudiyyə Ərəbistanı Suriyanın bütün borcunu bağlayacaq

    1 week ago

    3

    0

    Suriya Bəşər Əsədin hakimiyyətdən devrilməsindən sonra yeni bir səhifə açıb və ölkənin sabitliyini bərpa etmək üçün səyləri davam edir. Reuters agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı Suriyanın Dünya Bankına olan borclarını ödəməyi planlaşdırır. Agentliyə danışan mənbələr Dünya Bankının Suriyanın müharibə nəticəsində ciddi zərər görmüş elektrik şəbəkəsinin bərpası və dövlət sektorunun maaşlarını dəstəkləmək üçün maliyyə yardımı təmin etməyi müzakirə etdiyini bildiriblər. Bundan əvvəl, keçən ay, Qətər Suriyanın elektrik tələbatını ödəmək üçün İordaniya üzərindən Suriyaya qaz təchiz etməyi planladığını açıqlamışdı. Bu planın ABŞ-ın təsdiqini aldığı da bildirilmişdi. Suriyanın Dünya Bankına təxminən 15 milyon dollar borcu olduğu məlumdur. Bankın ölkəyə aid qrant və digər yardımları təsdiqləməsi üçün bu borcun ödənməsi vacibdir. Borcların silinməsi ilə yanaşı, ölkədəki yenidənqurma işləri və dövlət sektorunun dəstəklənməsi üçün milyonlarla dollar ödəmə gözlənilir. Dünya Bankı nümayəndələri Suriya naziri ilə görüşüb Suriya Rəsmi Xəbər Agentliyinin məlumatına görə, Dünya Bankından texniki heyət, dünən Suriya Maliyyə Naziri Məhəmməd Yusr Berniyyə ilə görüşüb. Bu, Dünya Bankı ilə Suriya hökuməti arasında keçirilən ilk toplantıdır və görüşdə iki tərəf arasındakı iqtisadi əlaqələrin gücləndirilməsi müzakirə edilib. Berniyyə görüşdə Suriyaya tətbiq olunan beynəlxalq sanksiyalar və əvvəlki rejim siyasətlərinin ölkənin maliyyə və bank sektoruna mənfi təsirlərini izah edib. Suriya nümayəndələri Vaşinqtona gedəcək Suriya nümayəndələrinin bu ayın sonunda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) illik yaz toplantıları üçün Vaşinqtona yüksək səviyyəli bir heyət göndərməsi gözlənilir. Bəşar Əsəd rejimi dövründə tətbiq olunan ABŞ sanksiyaları hələ də qüvvədə olduğu üçün, Suriya nümayəndələrinin hər hansı bir amerikalı məmurla görüşüb-görüşməyəcəyi məlum deyil. ©milli.az
    Click here to Read more
    Prev Article
    Baş nazir bu iki qərarı ləğv etdi
    Next Article
    Türkiyə Rusiyadan neft alışını bərpa edib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment