Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Səsli mesajları sevmirsiniz? - "WhatsApp"dan yeni funksiya

    27 minutes ago

    1

    0

    "WhatsApp" ünsiyyəti daha rahat və istifadəçilərin ehtiyaclarına uyğunlaşdırılmış etmək üçün funksiyalarını təkmilləşdirməyə davam edir. Belə ki, tətbiqin tərtibatçıları səsli mesajların transkripsiyası funksiyasının təkmilləşdirilməsinə xüsusi diqqət ayırıblar. Bu barədə "Wabetainfo" portalı xəbər verib. Bildirilib ki, populyar mesajlaşma tətbiqinin istifadəçiləri artıq səs mesajlarının transkripsiyasını idarə etmək üçün üç variantdan birini seçə biləcəklər. Birinci variant - avtomatik transkripsiya, burada hər bir dəstəklənən səsli mesaj alındıqdan dərhal sonra avtomatik olaraq mətnə çevriləcək. Bu, prinsipial olaraq audiomesaj qulaq asmağa vaxt sərf etmək istəməyənlər üçün ideal həldir. İkinci variant - əl ilə transkripsiya nəzərdə tutur, bu zaman istifadəçi səsli mesajı nə vaxt mətnə çevirmək lazım olduğuna özü qərar verir. Bu parametr yalnız bəzən transkripsiyaya ehtiyacı olan və hər bir audiomesajın avtomatik işlənməsini istəməyənlər üçün uyğundur. Üçüncü variant - transkripsiya funksiyasını, həm avtomatik, həm də əllə tamamilə söndürür. Bu, səsli mesajları mətnə çevirmədən orijinal formatda dinləməyi üstün tutan istifadəçilər üçün ideal seçimdir. Bu variantların hər biri istifadəçinin müxtəlif üstünlüklərini nəzərə alaraq hazırlanıb, bu da funksiyanı çox universal edir. Qeyd etmək lazımdır ki, həm avtomatik, həm də əl ilə transkripsiya yalnız səs mesajı dəstəklənən dildə yazıldığı təqdirdə işləyəcək.
    Click here to Read more
    Prev Article
    Türkiye'deki En Popüler Pick-up'lardan Isuzu D-Max'in Elektrikli Versiyonu Tanıtıldı
    Next Article
    11 "WhatsApp" qrupu açıb, 1 milyon manatdan çox pulu mənimsədi - 10 il həbsdə yatacaq

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment