Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Sertifikasiyadan kəsilənlərə güzəştlər olunacaq - Qanun dəyişir

    2 days ago

    4

    0

    Sertifikasiya imtahanından keçməyən tibb mütəxəssisləri təkrar sertifikasiya imtahanından keçənə qədər 6 ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılacaq. Bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik edilməsi təklif edilib. Dəyişikliyə əsasən, sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər 6 ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər. Belə ki, davamlı peşəkar inkişafın illik və 5 illik minimum kreditlərini toplamayan şəxslər praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiya imtahanından keçməlidir. Layihədə sertifikasiya imtahanından keçməyən işçilərin 6 ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşının saxlanılması müəyyən edilib. Dəyişiklik layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub. Qeyd edək ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun müvafiq maddəsinə uyğun olaraq səhiyyə mütəxəssislərinin sertifikasiyası keçirilir. Sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan işçilərin praktik tibb və ya əczaçılıq fəailiyyətinə buraxılmasına yol verilmir. Sertifikasiya imtahanından təkrarən keçməyən işçilərlə əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir.
    Click here to Read more
    Prev Article
    Keyifler Kaçtı: "Uygun Fiyatlı" Yeni Tesla Model Y'nin Türkiye Fiyatı Yanlışlıkla Ortaya Çıktı
    Next Article
    Şamaxıda 877 min manata istirahət mərkəzi satışa çıxarıldı - FOTOLAR

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment