Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Səhvən başqa şəxsə pul göndərdikdə nə etməliyik? - “Bu halda bankı məhkəməyə vermək olar”

    1 hour ago

    1

    0

    Müasir texnologiyanın sürətli inkişafı və bank sektorunda rəqəmsallaşmanın genişlənməsi ilə gündəlik maliyyə əməliyyatlarımız daha rahat və əlçatan hala gəlib. Artıq bankların mobil tətbiqləri vasitəsilə evdən çıxmadan, bir neçə toxunuşla istənilən şəxsin bank kartına saniyələr içində pul göndərə bilirik. Bu imkan, vaxt və əmək sərfiyyatını əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, təcili hallarda da köməyə çatır. Lakin hər nə qədər sistemlər sürətli və effektiv olsa da, bəzən bir rəqəm səhvi ciddi maliyyə problemlərinə yol aça bilər. Bu gün kart nömrəsinin səhv yazılması nəticəsində pulun yanlış hesaba köçürülməsi halları az deyil. Bəs səhvən başqasının kartına göndərilən pulu necə almaq olar?    Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı "Moderator.az" saytına danışan bank sahəsi üzrə hüquqşünas Əkrəm Həsənov bildirib ki, vətəndaşlar bəzən texniki səbəblər və ya diqqətsizlik nəticəsində pul vəsaitini səhvən başqa bir şəxsin kart hesabına köçürə bilirlər. Bu zaman ilk atılmalı addım həmin şəxsin öz bankına müraciət etməsidir: “Əgər köçürmə eyni bank daxilində baş veribsə, proses bir qədər sadələşir. Lakin əksər hallarda köçürmənin ünvanlandığı kart başqa bir bankda olur. Bu halda, vətəndaşın bankı həmin digər bankla əlaqə saxlayaraq məlumat ötürür və pulu qəbul edən müştəri ilə əlaqə yaradılır. Bank qarşı tərəfə bildirir ki, onun hesabına səhvən vəsait daxil olub və bu vəsaiti geri qaytarmaq lazımdır. Qarşı tərəf bu halda iki seçim qarşısında qalır: ya könüllü şəkildə pulu geri qaytarır, ya da imtina edir. Qaytarmağa razı olduğu halda belə, həmin bank bu əməliyyata görə müəyyən komissiya haqqı tuta bilər. Məsələn, əgər 100 manat köçürülübsə və bank 1 manat komissiya tutursa, köçürən şəxsə 99 manat geri qaytarılır. Əgər vəsaiti qəbul edən şəxs pulu qaytarmaqdan imtina edərsə, bu zaman vətəndaş məhkəməyə müraciət etməlidir. Lakin burada hüquqi bir məqam da var: banklar məlumatların məxfiliyinə görə qarşı tərəfin – yəni pulu alan şəxsin adını və digər şəxsi məlumatlarını təqdim etmirlər. Bu səbəbdən vətəndaş, ilkin olaraq hansı bankın kartına pul köçürdüyünü bildiyi üçün məhkəmədə həmin bankı cavabdeh qismində göstərməlidir. Məhkəmənin qərarı ilə bank müştərinin (yəni pulu səhvən alan şəxsin) kimliyini açıqlamalı olur və həmin şəxs məhkəmə prosesinə cəlb edilir. Əgər qarşı tərəf məhkəmədə pulu haqlı şəkildə aldığını sübut edə bilməzsə, bu zaman məhkəmə qərarı ilə pul vəsaiti geri qaytarılır”. Qeyd edək ki, onlayn pul köçürmələri edərkən qarşı tərəfdən aldığınız kartın 16 rəqəmli nömrəsinin düzgünlüyünə diqqət etmək lazımdır. Əməliyyatı ödəniş terminalları vasitəsilə həyata keçirirsizsə, bu zaman 16 rəqəmlə yanaşı, pul göndərdiyiniz şəxsin ad və soyadının ilk hərflərinə də diqqət edə bilərsiniz.
    Click here to Read more
    Prev Article
    Renault, Togg'a da Rakip Olacak Yeni C-SUV Modelinin İsmini Açıkladı
    Next Article
    "Müəllimi 65 yaşında pensiyaya çıxardırıq, amma akademiyanın prezidenti 90 yaşında işləyir" - Deputat

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment