Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Satılan "Kirayə mənzillər" yenidən satışa çıxarıldı - Bu dəfə daha baha qiymətə

    5 days ago

    3

    0

    Aprelin 8-də İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 213 yeni, tam təmirli mənzili satılıb. Mənzillərin bəziləri bir neçə gün sonra yenidən satışa çıxarılıb. Belə ki, Fond tərəfindən 11 448 manat ilkin ödənişlə satışa çıxarılan bir otaqlı 61 kv mənzil yenidən daha baha qiymətə satışa çıxarılıb. Satan şəxs tərəfindən mənzil üçün ilkin ödəniş 42 min tələb olunur. Eyni zamanda 2 otaqlı mənzillər də daha yüksək ilkin ödənişlə satılır. Milli.Az-ın əldə etdiyi məlumata görə, isə həmin mənzillərin addan ada keçirilməsi mümkün deyil. Bunun üçün rəsmi şəkildə İpoteka və Kredit Zəmanət Fonduna müraciət olunmalıdır.  Görünən odur ki, bir sıra işbazlar növbəti dəfə dövlət layihəsindən sui-istifadə edərək asan yoldan pul qazanmağa çalışırlar. Bu da öz növbəsində ehtiyacı olan şəxslərin mənzillərə  əlçatanlığını azaldır. 
    Click here to Read more
    Prev Article
    Nazir rəisi təqaüdə göndərdi - Yeni təyinat
    Next Article
    Lakers, Doncic'in 31 sayısıyla seriyi 1-1'e getirdi!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment