Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Sarkisyanın etirafı: Şuşa əməliyyatında Köçəryan özü də iştirak edirdi

    9 hours ago

    1

    0

    Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa rayonunun işğalı ilə bağlı Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qeydləri yer alan videomaterial tədqiq edilib. AZƏRTAC xəbər verir ki, S.Sarkisyan Şuşa əməliyyatının əhəmiyyətinin çox böyük olduğunu bildirib. O deyib: “Bu əməliyyatın əhəmiyyəti o qədər böyük idi ki, Robert Köçəryan özü iştirak edirdi”. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikası vətəndaşlarının məhkəməsi davam etdirilir.  
    Click here to Read more
    Prev Article
    Azərbaycan və İran arasında imzalanmış sənədlərin mübadiləsi oldu
    Next Article
    Aygün Əliyeva: “Həmrəy fəaliyyətlə konkrekt nəticələr əldə etməliyik”

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment