Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Saqqızın faydaları və ziyanı

    17 hours ago

    2

    0

    Bəzən ağızdan gələn qoxudan azad olmaq üçün, bəzən də müxtəlif səbəblərlə əlaqədar saqqız çeynənilməsi ilə rastlaşırıq.  Hazırda saqqızın fərqli dada malik çoxlu çeşidi var.  Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki,uzun müddət saqqız çeynəmək mədənin eroziyasına və iltihabına səbəb olur, hətta qastrit yarada bilər:  “Uşaqdan böyüyə hər kəs müəyyən vaxtlarda saqqızdan istifadə edir.  Tez-tez saqqız çeynəmək tüpürcək vəzinin fəaliyyətini öncə artırsa da, bir müddət sonra vəzin funksiyasını pozaraq, ağızda quruluğa və nəticədə bakterial infeksiyaya yol açır. Çox çeynədikdə diş emalını zədələyərək, kariyesin yaranmasına səbəb olur. İnsan ac qarnına saqqız çeynəyirsə, bu, mədə şirəsinin ifrazının artması deməkdir. Yəni, boş mədədə turşu mühiti olduğu üçün mədənin divarlarında qıcıqlanma nəticəsində iltihab əmələ gətirə bilər. Ona görə də, ac qarnına saqqız çeynəmək olmaz”. Həkimin dediyinə görə saqqız damarların qan dövranını yaxşılaşdırır və dişlərin dibini möhkəmləndirir. Sevinc
    Click here to Read more
    Prev Article
    Milli Məclisin sədri Sahibə Qafarova Vatikana səfərə gedib - FOTO
    Next Article
    Avstriya Mərkəzi Bankının sədri ABŞ-ın rüsumlarına Avrozonada inflyasiyanı cilovlamağa icazə verdi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment