Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Şamo" şadlıq evi bağlandı - VİDEO

    1 week ago

    3

    0

    Şamaxı şəhərində yerləşən "Şamo” şadlıq evində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.   HİT.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.   Yoxlama zamanı aşağıdakı nöqsanlar aşkarlanıb:   - obyektdə mövcud olan avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi nasazdır;   - elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib, elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;   - obyekt yanğın su hovuzu, odsöndürən balon və daxili yanğın kranları ilə təmin olunmayıb;   - təxliyə çıxışlarının qapılarının otaqlardan çıxışa doğru sərbəst açılması təmin olunmaylb;   - obyektin daşınmaz əmlakı "İcbari sığortalar haqqında” Qanuna uyğun olaraq sığorta edilməyib.   Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.   Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Şamaxı şəhərində yerləşən "Şamo” şadlıq evinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.  
    Click here to Read more
    Prev Article
    Prezident ailəsi ilə "Sea Breeze"dəki layihələrlə tanış oldu
    Next Article
    Fərid Həsənzadə: İlham Əliyevin Şimali Kiprlə bağlı bəyanatı mühüm addımdır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment