Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? - Fermer

    1 week ago

    3

    0

    "Bu gün piştaxtalarda 2 manat 20 qəpiyə təklif olunan təzə kartofun 1 kiloqramının qiyməti əkin sahəsində 30-35 qəpikdir". Valyuta.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Tovuz rayon sakini, fermer Xalid Rzayev deyib.  Onun sözlərinə görə, kartofun kəskin bahalaşmasının əsas səbəbi onun əldən-ələ keçməsidir: "Torpaq sahibindən vitrinə qədər olan arada çoxsaylı adamlar var. Bir nəfər kartofu torpaq sahibindən, yəni onu əkəndən alır. Həmin adam isə gətirib "Meyvəli" bazarında satır. Sonra həmin məhsul oradan müxtəlif marketlər şəbəkəsinə satılır. Göründüyü kimi, şəbəkələrin təsərrüfatla əlaqəsi yoxdur. Təkcə marketlər şəbəkələrinin birbaşa torpaq sahibi ilə əlaqəsi olsa, aradakı iki şirkətin qazancını yalnız bir şirkət qazanar. Bu da birbaşa qiymətə təsir etmiş olur. Biz yetişdirdiyimiz məhsulu yerində 30-35 qəpiyə satırıq, amma vitrinə gəlincə qiymət 2 manat, hətta bəzən ondan yuxarı olur. Səbəb də budur ki, fermer arada olan bir neçə sahibkarla işləmək məcburiyyətindədir". Fermer deyib ki, əgər marketlər kartofu birbaşa onu əkəndən alsa, qiymətlər əhali üçün əlçatan olar: "Bu kimi narahatedici vəziyyətə görə ötən il kartof əkən sahibkarların böyük əksəriyyəti bu il məhsul əkmədi. Torpaq sahibi ziyana gedir. 100 hektardan çox kartof üçün əkin sahəmiz var. Amma 35 qəpiyə satdığımız kartofu vitirində 2 manata görəndə əkmək istəmədik. Elə özüm qazanaram da. Əziyyətini biz çəkirik, başqası qazanır. Bu gün kartofdan qazancı ancaq onu 35-40 qəpiyə alan şirkətlər qazanır".
    Click here to Read more
    Prev Article
    Azərbaycanda hotel bir mərtəbəsini satışa çıxardı - QİYMƏT, FOTOLAR
    Next Article
    Türkiyədə simit 15 manata satılır - FOTO

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment