Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Rusiya İstintaq Komitəsi partlayışda Baş Qərargahın generalının öldüyünü təsdiqləyib

    1 day ago

    2

    0

    Visiontv.az APA-ya istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsi generalın ölümü ilə nəticələnən baş vermiş hadisəni qətl kimi təsvir edib. Həmçinin komitədən bildirilib ki, avtomobildə elemetləri olan partlayıcı qurğu işə düşüb. Qeyd edək ki, bu gün səhər 10:40 radələrində Moskva vilayətinin Balaşixa şəhərində yaşayış binasının qarşısında park edilmiş vəziyyətdə olan “Volksvgen” avtomobili partlayıb. Güclü partlayış nəticəsində avtomobilin yaxınlığından keçən bir nəfərin həlak olduğu bildirilib. Rusiya mətbuatı bir qədər sonra partlayış nəticəsində həlak olan şəxsin Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini general-leytnant Yaroslav Moskalik olması barədə məlumat yayıb. 59 yaşlı generalın 2021-ci ildən Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini vəzifəsini tutduğu bildirilib.  
    Click here to Read more
    Prev Article
    Aİ Azərbaycanda minaların təmizlənməsinə töhfə verir
    Next Article
    Azərbaycanın bank sektoru tarif təzyiqlərinə qarşı dayanıqlıdır - Fitch

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment