Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Rusiya fond bazarı yüksəlir

    1 week ago

    4

    0

    Finss.az - Rusiya fond bazarı həftəyə artımla başlayıb. İnvestorlar ABŞ-ın prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı müsbət mesajlarını optimist qarşılayıblar. Moskva birjasında IMOEX indeksi 0,35% artaraq 2882,78 bəndə yüksəlib. Əsas şirkətlərin – VTB, “Rosneft”, “Qazprom”, “LUKOIL” və “Sberbank” kimi nəhənglərin səhmləri bahalaşıb. “Norilsk Nikel” və “Rusal” kimi şirkətlərin səhmlərində isə cüzi ucuzlaşma qeydə alınıb. Donald Tramp Truth Social platformasında bildirib ki, Rusiya və Ukraynanın gələn həftə razılığa gələcəyinə ümid edir və bu halda hər iki ölkənin ABŞ-la böyük biznes imkanları olacaq. The Wall Street Journal yazır ki, Tramp administrasiyasının Ukraynaya təqdim etdiyi münaqişənin həlli təkliflərinə bu həftə cavab gözlənilir. Razılaşma olarsa, sənəd Moskvaya təqdim edilə bilər. Beynəlxalq birjalar və neft bazarlarında isə Pasxa bayramı ilə bağlı durğunluq müşahidə olunur. Brent nefti 66,95 dollara, WTI isə 63,69 dollara qədər ucuzlaşıb.
    Click here to Read more
    Prev Article
    Çin Mərkəzi Bankı baza faiz dərəcələrini dəyişməz saxladı
    Next Article
    Gold prices hit record high as dollar tumbles on Trump's Fed overhaul plans

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment