Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Rusiya Azərbaycanın taxıl tələbatını qarşılamaya hazırdır

    1 day ago

    2

    0

    Finss.az - Görüşdə iki ölkə arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə edilib Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Rusiya Federasiyasının kənd təsərrüfatı naziri Oksana Lut arasında onlayn formatda görüş keçirilib. Görüş zamanı iki ölkə arasında kənd təsərrüfatı sahəsində mövcud vəziyyət müzakirə olunub, tərəflər iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sahədə də əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayıblar. Rusiya Federasiyasının kənd təsərrüfatı naziri Oksana Lut qeyd edib ki, kənd təsərrüfatı iki ölkə arasında əsas əməkdaşlıq istiqamətlərindən biridir. O, Rusiya tərəfinin Azərbaycanla aqrar sahədə əməkdaşlığın genişləndirilməsində, biznes subyektləri və iş adamları arasında işgüzar əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. Oksana Lut, eyni zamanda, Rusiyanın Azərbaycanın taxıl məhsullarına olan tələbatını tam qarşılamağa hazır olduğunu qeyd edib. O, may ayında Rusiyanın aparıcı taxıl ixracatçılarından ibarət bir biznes missiyasının Azərbaycana səfər edəcəyini bildirib. Rusiyalı nazir balıqçılıq da daxil olmaqla, kənd təsərrüfatının digər sahələrində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılmasının əsas hədəflərdən biri olduğunu qeyd edib. Nazir vurğulayıb ki, bu istiqamətdə böyük potensial mövcuddur. O, ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasında aktiv iştirakına görə xanım Oksana Luta təşəkkür edib, Rusiya şirkətlərini gələn ay Bakıda keçiriləcək və Qafqazın ən böyük kənd təsərrüfatı sərgisi olan “Caspian Agro” sərgisində fəal iştiraka çağırıb. Görüş zamanı tərəflər kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, rəqəmsallaşma, elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi, Rusiyanın kənd təsərrüfatı sahəsində ixtisaslaşmış nüfuzlu ali təhsil müəssisəsələrindən biri ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında ikili diplom proqramlarının həyata keçirilməsi,  bitki seleksiyası və toxumçuluqda yeni texnologiya və metodların tətbiqi, heyvan xəstəliklərinə qarşı mübarizə sahəsində birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Tərəflər, həmçinin kənd təsərrüfatı sahəsində yeni əməkdaşlıq imkanlarını nəzərdən keçirib, bu istiqamətdə əlaqələrin genişləndirilməsi məqsədilə mütəmadi dialoqun əhəmiyyətini vurğulayıblar. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Yeni dəmir yolu marşrutu ilə 15 milyon ton yük daşınacaq: Azərbaycan və Türkiyəyə yeni imkanlar
    Next Article
    Adobe Firefly Güncellemesi Yeni Görüntü Oluşturma Modellerini ve Daha Fazlasını Sunuyor

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment