Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Roma Papası Fransisk dəfn edildi

    1 day ago

    1

    0

    266-cı Roma Papası Fransiskin nəşi olan tabut Santa Maria Maggiore bazilikasında qəbirə qoyulub. HİT.az xəbər verir ki, dəfn mərasimi bir neçə kardinalın da daxil olduğu az insanın iştirakı ilə keçirilib. Mərasimə Kardinal Kollegiyasının dekanı kardinal Covanni Battista Re rəhbərlik edib. Üç gün ərzində Müqəddəs Pyotr Kilsəsinə Fransisklə vidalaşmağa 250 min insan gəlib. Meydanda ABŞ prezidenti Donald Tramp və həyat yoldaşı Melani də daxil olmaqla 80 dövlət və hökumət başçısı, Belçika, İordaniya, İspaniya kralları da daxil olmaqla 10 kral, həmçinin Konstantinopol patriarxı Varfolomey də daxil olmaqla dini nümayəndələr iştirak edib. Qeyd edək ki, Fransisk bu kilsədə dəfn edilmiş səkkizinci pontifik olub. Lakin sonuncu dəfn XVII əsrin ikinci yarısına təsadüf edir. Kilsə Romada, yeddi təpədən birində - Eskvilin təpəsində yerləşsə də, rəsmi olaraq Vatikanın hakimiyyəti altında hesab edilir.  
    Click here to Read more
    Prev Article
    İranda güclü partlayış: 4 ölü, 500-dən çox yaralı var - YENİLƏNİB/FOTO/VİDEO
    Next Article
    Nazir onu qərargah rəisi təyin etdi - FOTO

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment