Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Rəsmi iş yeri olmayanlar üçün kredit təklif edən banklar - SİYAHI

    6 hours ago

    1

    0

    Rəsmi iş yeri və əməkhaqqı arayışı olmadan kredit almaq istəyənlər üçün 2025-ci ildə banklar və maliyyə qurumları yeni imkanlar təqdim edir. Ənənəvi kredit tələblərindən fərqli olaraq, bəzi banklar girov, zamin və ya alternativ gəlir sübutu ilə də kredit verir. Bu yanaşma xüsusilə sahibkarlar, freelancerlər, pensiyaçılar və qeyri-rəsmi çalışanlar üçün maliyyə əlçatanlığını artırıb.  Valyuta.az rəsmi iş yeri olmadan kredit verən bankları təqdim edir: "Kapital Bank" - Əmanət təminatlı kredit Mövcuddur: “VİP depozit”, “Kapital depoziti” və “Müddətli Seçim Depoziti” hesabı olan müştərilər üçün Kredit məbləği: Əmanət məbləğinin 80%-dək Minimum kredit məbləği: 500 Manat/ABŞ dolları İllik faiz dərəcəsi: 5%-dən başlayır "ABB" (Azərbaycan Beynəlxalq Bankı) - Əmanət təminatlı kredit Keçərlidir: 8 yaşdan yuxarı şəxslər üçün Kredit məbləği: Əmanətin 60%-dək (maksimum 50 000 manat) Müddət: 12 ayadək Tələb olunan sənədlər: Şəxsiyyət vəsiqəsi və əmanət müqaviləsi "Yelo Bank" - Əmanət təminatlı kredit Keçərlidir: 18 yaşdan yuxarı şəxslər üçün Kredit məbləği: 300 AZN-dən başlayır, maksimum əmanətin 100%-i İllik faiz dərəcəsi: Əmanət faizi + 3% Təminat: Əmanət hesabı əsasında kredit verilir "Rabitə Bank" - Lombard krediti  Kredit təminatı: Zinət əşyalarının girovu əsasında verilir Kredit məbləği: 20 000 manata qədər Kredit müddəti: 3 ayadək, maksimum 36 ay İllik faiz dərəcəsi: 29,99%-dən başlayır Təkrar müştərilərə 1% endirim tətbiq edilir Tələb olunan sənəd: Şəxsiyyət vəsiqəsi "Bank Respublika" - Əmanət təminatlı kredit Kredit təminatı: Qızıl-zinət əşyalarının girovu ilə verilir Kredit məbləği: 300 – 30 000 manat İllik faiz dərəcəsi: 18%-dən başlayır Təkrar müştərilərə 1% endirim tətbiq edilir Tələb olunan sənəd: Şəxsiyyət vəsiqəsi "Bank of Baku" - Lombard krediti, Təqaüd təminatlı kredit Kredit məbləği: 3000 – 70 000 manat Depozit təminatlı kredit: illik faiz 15% (Təqaüd haqqında arayış tələb olunur) Zinət əşyalarının girovu ilə kredit: 300 – 30 000 manat, illik faiz 24%-dən başlayır "Bank BTB" - Lombard krediti, Kredit kartı Xüsusiyyət: Zamin tələbi olmadan verilir Kredit məbləği: 300 – 100 000 manat İllik faiz dərəcəsi: 20% Təqaüdçülər üçün ayrıca şərtlər: 300 – 10 000 manat kredit, Visa Classic və ya Master Standart kartları verilir "Express Bank" - Əmanət təminatlı kredit, Qızıl girovu  Depozit əsasında kredit: 200 000 manata qədər İllik faiz dərəcəsi: Depozit faizi + 3% Qızıl/zinyət girovu ilə kredit: 30 000 AZN-ə qədər, illik faiz 18%-dən başlayır "Access Bank" - Lombard krediti Kredit təminatı: Qızıl-zinət əşyalarının girovu Kredit məbləği: 300 – 50 000 manat Kredit müddəti: 3 aydan 36 aya qədər İllik faiz dərəcəsi: 21%-dən başlayır Komissiya: 1-3% FİFD (faktiki illik faiz dərəcəsi): 24,96% – 39,9% Tələblər: Azərbaycan vətəndaşı olmaq, 21-70 yaş aralığında olmaq, şəxsiyyət vəsiqəsi təqdim etmək "AFB Bank" - Əmanət təminatlı kredit Kredit məbləği: 500 manatdan başlayır, maksimum əmanət məbləğinin 90%-i Təminat: AFB Bankdakı əmanət hesabı Xüsusiyyət: Rəsmi iş yeri olmadan da kredit verilir Tələb olunan sənədlər: Şəxsiyyət vəsiqəsi və əmanət müqaviləsi "ATB Bank" - Əmanət təminatlı kredit Kredit məbləği: Əmanət məbləğinin 90%-i qədər İllik faiz dərəcəsi: Əmanət faizi + 3% Tələb olunan sənədlər: Şəxsiyyət vəsiqəsi, əmanət müqaviləsi Xüsusi şərt: Müştərinin həyat yoldaşının razılığı tələb olunur "Xalq Bank" - Əmanət təminatlı kredit Kredit məbləği: Əmanət məbləğinin 90%-i qədər Kredit müddəti:   adi müştərilər üçün: 12 ayadək                            təkrar müştərilər üçün: 24 ayadək Müddətli kreditlər üçün: 48 ayadək Depozit növləri: “Müddətli”, “Proqress”, “VİP-Rantye” Tələb olunan sənədlər: Əmanət müqaviləsi və şəxsiyyət vəsiqəsi Maya Hüseynova
    Click here to Read more
    Prev Article
    Rusiya rublu manat qarşısında ucuzlaşdı
    Next Article
    GİB açıkladı: Beyan ve ödeme süreleri uzatılmayacak

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment