Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Rəqəmlər "AzSığorta"nın zərərinə - 36,3 faizlik azalma

    1 day ago

    4

    0

    2025-ci ilin yanvar-mart aylarında “AzSığorta” ASC 1 milyon 910 min manat sığorta haqqı toplayıb.  Valyuta.az statistik mənbələrə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 90 min və ya 36,3% azalmanın olduğunu deməyə əsas verir.  Xatırladaq ki, ötən ilin eyni dövründə bu şirkətin sığorta haqqı 3 milyon manat olub. “AzSığorta” ASC-nin sığorta haqlarında azalma müşahidə edilsə də, şirkətin ödənişlərində artım müşahidə olunub. Belə ki, bu ilin ilk 3 ayında şirkətin sığorta ödənişləri 419 min manat olub. Ötən ilin yanvar-mart aylarında isə bu göstərici 313 min manat təşkil edib. Hesablamaya əsasən demək olar ki, “AzSığorta” ASC-nin sığorta ödənişləri 106 min manat və ya 33,8% artıb.  Nəticədə sığorta şirkətinin zərərliliyi artıb. 2025-ci ilin ilk 3 ayında “AzSığorta” ASC topladığı hər 100 manatdan 21 manat 94 qəpiyi ödənişə yönəldib. Ötən il isə bu məbləğ 10 manat 43 qəpik olub. Beləliklə, şirkət illik müqayisədə 11 manat 51 qəpik əlavə ödəniş edib.  Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 14 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99,64%-lik, "Bank of Baku" ASC-nin isə 31,11%-lik səhmdarı) məxsusdur. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    ASELSAN Yeni Kalp Akciğer Cihazı’nı Tanıttı!
    Next Article
    AQTA 44 min manatlıq lisenziya alır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment