Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Rabitəbank 2025-ci ilin I rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

    1 week ago

    4

    0

    Finss.az - Nəticələrə əsasən qeyd edək ki, bank əsas göstəricilər üzrə artım dinamikasını qoruyub saxlayıb. Belə ki, müvafiq dövrü Rabitəbank 4 milyon 657 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin cari dövrü ilə müqayisədə Bankın aktivləri 10.9 % artaraq 1 milyard 198 milyon manata çatıb. KREDİT PORTFELİNDƏ MÜSBƏT DİNAMİKA Bankın kredit portfeli böyüyərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.8 % artıb. Nəticədə ümumi kredit portfeli 873 milyon 971 min manata yüksəlib. Kredit portfelinin əsas hissəsini biznes kreditləri təşkil edir. Belə ki, ötən ilin cari dövrü ilə müqayisədə biznes kreditləri portfeli 22.3% artaraq 403 milyon 249 min manata, o cümlədən, istehlak kreditləri portfeli 23.7% artaraq 304 milyon 71 min manata, ipoteka kreditləri isə 17.5% artaraq 166 milyon 651 min manata çatıb. BANKDA FİZİKİ ŞƏXSLƏRİN ƏMANƏTLƏRİ ARTIB Ümumi əmanət portfelinə nəzər saldıqda isə görürük ki, fiziki şəxslər üzrə əmanətlər isə 4.2 % artaraq 469 milyon 485 min manata çatıb. FAİZ GƏLİRLƏRİ YÜKSƏLİB Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 16.7 % artaraq 31 milyon 137 min manata çatıb. Məcmu kapitalına nəzər saldıqda isə görürük ki, ötən ilin eyni dövrü ilə müqayisədə 5.9% artaraq 122 milyon 605 min manat olub. Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 27 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Manatın ucuzlaşması ilə bağlı MÜHÜM AÇIQLAMA
    Next Article
    Citi says this sector remain compelling despite tariff hit

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment