Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Rusiyadan sevgilərlə"

    5 days ago

    3

    0

    “007 James Bond” rolundakı Şon Konneri (Sean Connery). Ondan sonra çox aktyor çəkildil bu rola, heç biri uğurlu olmadı, çıxa bilmədilər Şonun kölgəsindən. Təkrarsız idi çünki o. Rus qızı Tatyana Romanovanın gözəlliyi göz qamaşdırırdı. Onu füsunkar italyan aktrisası Daniela Bianki (Bianchi) oynamışdı. Daniela filmdə çəkiləndə cəmi 21 yaşı var idi. Ancaq artıq “Kainat Gözəli” yarışmasında Dünyanın 2-ci gözəli seçilmiş, “Miss Fotoqrafiya” ünvanına layiq görülmüşdü. 26 və ya 27 yaşım vardı ilk dəfə bu filmi görəndə. Videomaqnitafon hər evdə yox idi, avtomobildən dəyərli idi. Aspirant vaxtı Moskvada bir general qızının (dostumun ciddi fikirləri vardı gələcəklə bağlı) evində baxmışdım Bonda. Spoylerlər filmdə İstanbul səhnələrinin olduğunu demişdilər. İstanbulu görməmişdim hələ. Sevgilisi ilə ilk görüşə gedən aşiq kimi həyəcanlı idim. Başladı və birdən Aya Sofyanı gördüm ekranda. Özümdən asılı olmayaraq “İstanbuuuul” deyə çığırdığımı xatırlayıram. Ev sahibi qız mənə tərs-tərs baxmış, sevinc və coşqumu anlamamışdı. 1990-da İstanbula ilk gəldiyimdə “Yeşilköy” aeroportunun yeni binasını görüb, filmdəki əski hava limanı ilə müqayisə etmişdim. Sahilyolu ilə Yeniköy-Zeytinburnu yolu ilə şəhərə gedəndə yenə də filmdə Bondun eyni yolla hərəkət etdiyi gəlmişdi gözlərimin önünə. İndiki gənclər anlamazlar bizim dövrün Türkiyə marağını, İstanbul nisgilini, anlamazlar qətiyyən. Hər şey sirli idi filmdə – arxa planlardakı adda-budda türkcə sözlər, Kapalı Çarşı, türk xalıları, Bondun “orta şekerli türk kahvesi” içməsi, Sultan Ahmet Camiisindən qalxan əzan səsi, Yerebatan Sarnıcı, Qalata körpüsü, Bosfor, Çırağan Sarayı, Kız Kulesi və daha nələr nələr. Hamısı da Bond filmlərinin dəyişməyən əsrarəngiz musiqisinin müşayətilə. Hər şey sehirli idi o axşam Moskvadakı general evində. O axşam dostum Danila Biankiyə, sevdiyi qız Bonda, mən isə İstanbulun tilsimləyən gözəlliyinə valeh olmuşduq. Mənim Şəhərlər Şəhəri İstanbulu canlı olaraq görməyimə hələ 5 uzun il vardı… İbrahim Nəbioğlu visiontv.az
    Click here to Read more
    Prev Article
    Türkiyədə ağır yol qəzası olub, ölənlər və yaralananlar var
    Next Article
    25 ildə ilk dəfə başqa ölkədən düyü aldı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment