Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Ceyms Uebb" teleskopu K2-18b ekzoplanetində həyat əlamətləri aşkarlayıb

    1 week ago

    6

    0

    BAKU.WS BBC-yə istinadən xəbər veir ki, Kembric Universitetinin tədqiqatçıları bu planetin atmosferində yalnız Yer üzündə sadə orqanizmlər tərəfindən istehsal olunan molekulların izlərinə rast gəliblər. Bu, "Ceyms Uebb" kosmik teleskopu vasitəsilə bir planetin atmosferində həyatla əlaqəli ola biləcək kimyəvi maddələrin ikinci dəfə aşkarlanmasıdır. Alimlər bu dəfəki kəşfin əvvəlkilərdən daha ümidverici olduğunu vurğulayırlar. Tədqiqatı aparan beynəlxalq qrupun rəhbəri Kembric Universitetinin Astronomiya İnstitutunun professoru Nikku Madsusudhan bildirib ki, bu nəticələr hələlik nəzəri xarakter daşıyır və onların təsdiqlənməsi üçün əlavə məlumatlara ehtiyac var. "Hələlik bizdə olan ən inandırıcı sübut budur ki, kainatda haradasa həyat ola bilər. Real olaraq deyə bilərəm ki, bu nəticələri bir-iki il ərzində təsdiqləyə bilərik," – deyə alim qeyd edib. K2-18b planeti ölçüsünə görə Yer kürəsindən təxminən 2,5 dəfə böyükdür. O, Yerdən təxminən min trilyon kilometr uzaqlıqda yerləşir. Alimlər hesab edirlər ki, bu kəşf bəşəriyyətin kainatda tək olub-olmadığı sualına cavab tapmasına bir addım da yaxınlaşdırır. Visiontv.az
    Click here to Read more
    Prev Article
    İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
    Next Article
    Diplomatik korpus nümayəndələri Şuşaya səfər edib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment