Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Azon Zavod"un ərazisində ağacların MTK tərəfindən kəsilməsi ilə bağlı cinayət işi açılıb

    6 days ago

    4

    0

    APA-nın məlumatına görə, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində qanunsuz ağackəsmə faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Ağacların "Avant Group" MTK tərəfindən kəsildiyi və təbiətə 100 min manatdan çox ziyan vurulduğu müəyyən olunub. Faktla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli və külli miqdarda ziyan vurduqda) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər və prokurorluq orqanlarına göndərilib. Qeyd edək ki, Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə "Azon Zavod"un ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan "Avant Group" MTK tərəfindən kəsildiyi və təbiətə 117 060 manat məbləğində ziyan vurulduğu bildirilmişdi. Faktla bağlı akt tərtib edildiyi, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materialların Baş Prokurorluğa göndəriləcəyi açıqlanmışdı. Visiontv.az
    Click here to Read more
    Prev Article
    Ərdoğanın varisi kim olacaq?
    Next Article
    Dövlət qulluğu müsabiqəsinin müsahibə mərhələsində çatışmazlıqlar var

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment