Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Qızıl yeni rekorda imza atdı

    1 week ago

    4

    0

    Finss.az - Qızılın qiyməti 3320 ABŞ dollarına çataraq yeni rekord müəyyən edib. Bloomberg xəbər verir ki, qiymət artımı ABŞ prezidenti Donald Trampın kritik əhəmiyyətli minerallara rüsumların tətbiq olunmasının vacibliyi ilə bağlı son açıqlamalarından sonra baş verib. Son bir gündə qızılın dəyəri 2% artıb. Bu il ərzində isə qiymətli metal ümumilikdə 20% bahalaşıb. Analitiklər qeyd edirlər ki, qızılın artımı investorların qızınla təmin edilmiş birja fondlarına marağının artması və mərkəzi bankların bu metala tələbatının yüksəlməsi ilə bağlıdır. Dünyanın aparıcı maliyyə qurumlarından biri olan Goldman Sachs, 2026-cı ilin ortalarınadək qızılın qiymətinin bir unsiya üçün 4000 dollara qədər yüksələcəyini proqnozlaşdırır. "Əsas dövlətlər arasında güc uğrunda mübarizə davam edir. Qızıl isə bu proseslər fonunda təhlükəsiz sığınacaq kimi dəyər qazanır və bu tendensiyanın yaxın və orta müddətdə davam etməsi gözlənilir", – deyə Şanxayda yerləşən Galaxy Futures şirkətinin analitiki Luçen Vanq bildirib.
    Click here to Read more
    Prev Article
    İran mediası: SEPAH və Ermənistan hərbiçilərinin baş tutan təlimi Bakıya açıq-aşkar siyasi mesaj idi
    Next Article
    Trump hails 'Big Progress' in tariff talks with Japan

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment