Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Qeyri-neft məhsullarında əsas ixrac ölkələri - SİYAHI

    1 week ago

    5

    0

    2025-ci ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft məhsulları üzrə ixracı 771 milyon 915 min ABŞ dolları təşkil edib.  Valyuta.az statistik mənbələrə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft ixracında 98 milyon 206 min ABŞ dolları və ya 14,5 faiz artım müşahidə olunub. 2024-cü ilin ilk üç ayında bu göstərici 673 milyon 709 min ABŞ dolları səviyyəsində olub. Məlumata əsasən, qeyri-neft ixracının əsas ünvanları sırasında ilk üçlükdə qonşu ölkələr – Rusiya, Türkiyə və Gürcüstan qərarlaşıb. Belə ki, Rusiyaya qeyri-neft məhsulları ixracı 232 milyon 852 min ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 225 milyon 518 min dollar olub ki, bu da 7 milyon 334 min dollar və ya 3,3 faiz artım deməkdir. Türkiyəyə isə bu ilin yanvar-mart aylarında 134 milyon 345 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. 2024-cü ilin müvafiq dövründə bu göstərici 150 milyon 291 min dollar təşkil edib. Beləliklə, 15 milyon 946 min dollar və ya 10,6 faiz azalma qeydə alınıb. Gürcüstana ixrac göstəricisi isə əhəmiyyətli artım nümayiş etdirib. Cari ilin ilk rübündə bu ölkəyə 80 milyon 640 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib. Ötən ilin eyni dövründə bu rəqəm 59 milyon 856 min dollar olub. Nəticədə, 20 milyon 784 min dollar və ya 35 faiz artım qeydə alınıb. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Disney'i İflas Ettirir: Bugüne Kadarki En Gelişmiş Yapay Zeka Video Üretme Aracı Kling AI 2.0 ile Yapılmış Ağzınızı Açık Bırakacak Videolar
    Next Article
    Ali Koç'tan Recep Tayyip Erdoğan'a ziyaret!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment