Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Qazaxıstan Həmlə-Desant Qüvvələrinin komandanı Azərbaycanın Komando və XTQ hərbi hissələrində olub

    1 week ago

    3

    0

    Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış büstü ziyarət olunub. Qazaxıstan nümayəndə heyətini qarşılayan general-mayor Akif Pirverdiyev onları ölkəmizdə görməkdən məmnun olduğunu ifadə edib. Qonaqlara hərbi hissənin tarixi və gündəlik fəaliyyəti, maddi-texniki təchizatı barədə brifinq təqdim olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonra nümayəndə heyəti qapalı idman zalı, əsgər yataqxanası və yeməkxanaya baxış keçirib. Qonaqlara şəxsi heyətin idman fəaliyyətləri nümayiş etdirilib. Hərbi hissənin ərazisindəki qapalı atış kompleksində tapança, pnevmatik silah və kiçikçaplı tüfənglərdən atışlar icra olunub. Qonaqlar tam təchizatlı komandoların sıra hazırlığına baxdıqdan sonra onların dağ komando qülləsində və kəşfiyyat cığırında fəaliyyətlərini izləyiblər. Qazaxıstan nümayəndə heyəti daha sonra Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Ələkbər Cahangirovla görüşüb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair geniş müzakirələr aparılıb.
    Click here to Read more
    Prev Article
    FHN: Su basmış bir çox ərazilərdə işlər yekunlaşıb
    Next Article
    Elektron Bələdiyyə (e-Bələdiyyə) portalının təqdimatı keçirilib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment